Bərdədə uşaqlar arasında şahmat yarışı keçirilib-Fotolar

Müəllif: Redaktor

Editor

4302c6a8-229f-426a-beed-24432a56c0b510-11 dekabr 2015-ci il tarixlərdə Bərdə Şahmat Uşaq-Gənclər İdman Məktəbində rayon Gənclər və İdman idarəsinin və Şahmat UGİM-nin birgə təşkilatçılığı ilə rayonun ümümtəhsil məktəblərinin şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Şahmat üzrə xatirə turniri keçirilmişdir. İki yaş qrupu üzrə: 6-8 və 10-12 yaşlı şagirdlər arasında keçirilən yarışda 46 nəfər şagird qələbə uğrunda mübarizə aparmışlar.

Yarışın açılış mərasimində Bərdə rayon Gənclər və İdman idarəsinin rəis müavini Tahir Quliyev,baş məsləhətçisi Aydın Qasımov və Şahmat Uşaq-Gənclər İdman Məktəbinin direktoru Əbülfət Məmmədov çıxış edərək ulu öndərin hər zaman Azərbaycan gəncliyinə,idmanın və hüsusi ilə şahmat oyununun inkişafına göstərdiyi diqqət və qayğıdan danışdılar.

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Yarışın baş hakimi Əbülfət Məmmədov turniri açıq élan edərək iştirakçılara uğurlar dilədi.
Yarış Olimpiya (uduzan çıxır) sistemi üzrə keçirilmişdir.

İki gün davam edən yarışda 8 yaşa qədər şahmatçılar arasında I yerı N.Nərimanov adına şəhər 3 saylı tam orta məktəbin II-c sinif şagirdi Baxşalıyev Turqay Emin oglu , II yeri Hüseynzadə Kənan Mahir oğlu (6 yaşlı) , III yeri isə Hüseyzadə Emil Sadiq oğlu (6 yaşlı) tutmuşlar.

10-12 yaşlılar arasında I yerı N.Nərimanov adına şəhər 8 saylı tam orta məktəbin IV-a sinif şagirdi İbrahimov İbrahim Ruslan oglu , II və III yerləri isə N.Nərimanov adına şəhər 3 saylı tam orta məktəbin V-c və VII-b sinif şagirdləri Ələkbərli Rəşad Mehman oğlu və Qarayev Pərviz Sadiq oğlu tutmuşlar.
İştirakçı qızlardan isə N.Gəncəvi adına şəhər 2 saylı beynəlmiləl tam orta məktəbin III-a sinif şagirdi Cəfərzadə Həbibə Vüsal qızı və F.Muradov adına şəhər 7 saylı orta məktəbin III-b sinig şagirdi Həsənova Zərifə Sərdar qızı xüsusi ilə fərqlənmişlər.

Qaliblər və fərqlənənlər Bərdə rayon Gənclər və İdman idarəsinin və Şahmat UGİM-nin müvafiq dərəcəli diplomları ilə təltif olunmuşlar

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır