yenicag.az
yenicag.az

Bərdədə zəncirvari qəza – 3 ölü, 6 yaralı + FOTO

Bərdədə zəncirvari qəza – 3 ölü, 6 yaralı + FOTO

Müəllif: Redaktor

Editor

12096Bərdədə 4 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. Qəzada 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Hadisə Tərtər-Bərdə magistral yolunun Zümürxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bərdə istiqamətində yüksək sürətlə hərəkət edən “Mersedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi Tərtər istiqamətində hərəkət edən “Vaz-2106”, “Ford explorer” və digər minik maşını ilə toqquşub. Qəzaya səbəb olan “Mersedes”in sürücüsü hadisə yerindən qaçıb.

Hadisə zamanı “Vaz-2106” markalı minik maşınında olan Alim İsayev və onun həyat yoldaşı Vəfa İsayeva hadisə yerindəcə həyatını itiriblər. Həmin avtomobildə olan 37 yaşlı Müşfiq Cümşüdov, 55 yaşlı Rafael Məmmədov, 13 yaşlı Nuranə İsayeva və 3 yaşlı qız, digər minik maşınlarında olan 54 yaşlı Saleh Qasımov, 13 yaşlı Şahnaz Əlizadə, 16 yaşlı Sevil Şərifova ağır bədən xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

3 yaşlı körpə həkimlərin cəhdinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.(region tv)

 

Kriminal, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti