Bərdənin daha üç kəndinə təbii qaz verildi-Fotolar

Müəllif: Redaktor

Editor

????????????????????????????????????

10 dekabr 2015-ci il tarixdə Bərdə rayonunun Kolayır, Vəliuşağı və Mirzəxan Qaraqoyunlu kəndlərinə təbii qaz verilişinin açılışı olmuşdur.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Zahid Oruc, “Azəriqaz” İstehsalat birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Elməddin İbrahimov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri və media nümayəndələri iştirak etmişlər.

Tədbirləri giriş sözü ilə açan Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Bərdə rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığından, rayonun kəndlərinin bir-birinin ardınca qazlaşdırıldığından danışmışdır. İndiyədək rayonun 93 kəndinin, o cümlədən cari ilin ötən dövründə 28 kənd qazlaşdırılmışdır. Cari ilin ötən dövründə 5072 abonentə təbii qaz verilmişdir. Hazırda rayonun 13 kəndi qazlaşdırılır. Bildirmişdir ki, Kolayır, Vəliuşağı və Mirzəxan Qaraqoyunlu kəndlərinin qazlaşdırılması üçün 35,6 km-dən çox müxtəlif diametrli polad qaz xətləri çəkilmiş, 38 ədəd siyirtmə quraşdırılmış, 350 ailəyə təbii qaz verilmişdir. Hər bir abonentə sayğac quraşdırılmış, bütün qaz xətləri möhkəmliyə və kipliyə görə yoxlanılmışdır.

Tədbirlərdə Kolayır kənd sakini Şahin Qurbanov, Vəliuşağı kənd sakini Elmira Məmmədova, Mirzəxan kənd sakini Gülmalı Yusifov çıxış edərək kəndlərinə təbii qaz verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Elməddin İbrahimov və Milli Məclisin deputatı Zahid Oruc çıxış edərək sakinləri təbii qaz verilişi ilə əlaqədar təbrik etmişlər.

Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Milli Məclisin deputatı Zahid Oruc və “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Elməddin İbrahimov ilə birlikdə kəndlərə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli yandırmışlar.

Tədbirlərdən sonra rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev kəndlərin sakinləri ilə söhbət etmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Milli Məclisin deputatı Zahid Oruc, “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Elməddin İbrahimov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə hər bir kənddə bir nəfər kənd sakinin evində mavi qazın alovlandırılmasında iştirak etmiş, ev sakinləri ilə söhbət etmişdir.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir