!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Berlin terrorçusunun şərikləri həbs edilib

!Reklam – Yazi

berlinBu barədə Tunisin Daxili İşlər Nazirliyi məlumat yayıb

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, Tunisin təhlükəsizlik orqanlarının əməkdaşları Almaniyanın paytaxtı Berlin şəhərindəki yarmarkada baş vermiş terror akrının əsas təşkilatçısı Anis Amri ilə əlaqədə olduğu güman edilən 3 silahlını həbs edib.

Daxili İşlər Nazirliyi bildirib ki, 24 yaşlı Amrinin qardaşı oğlu da həbs edilmiş 3 nəfərin arasındadır. Onlar sosial şəbəkələr vasitəsilə Amriylə əlaqədə olublar.

Qeyd edək ki, Amri Berlindəki Milad yarmarkasında baş vermiş terror aktında məsuliyyət daşıyırdı. Terror aktı zamanı 12 nəfər həlak olub.
Xatırladaq ki, terrorçu Anis Amri özü dekabrın 23-də italyan polisi tərəfindən öldürülüb.

Yeniçağ.Az

www.yenicag.az

616
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv