Berlində azərbaycanlı rəssamların sərgisi açılıb

Müəllif: Redaktor

Editor

unnamed (9)Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən “Berlin-Baku” rəsm qalereyasında “Azərbaycan Yaponiya ilə görüşür” (“Aserbaidschan Trifft Japan”) adlı rəsm sərgisinin açılışı olub.

Açılış mərasimində Almaniya, Azərbaycan və Yaponiyadan olan incəsənət adamları, Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin mədəniyyət məsələləri üzrə məsul əməkdaşı Sara Abbasova, Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin icraçı direktoru Heydər Mirzə və Azərbaycan Tələbə Şəbəkəsinin Berlin ofisinin rəhbəri Asif Məsimov iştirak edib.

Sərgidə Azərbaycandan və Yaponiyadan olan gənc rəssamların 30-dan çox rəsm əsəri nümayiş etdirilir. Azərbaycan Telman Quliyev, Günay Şəmsi, Maqdalena Mehdizadə və Yeganə Əsədova ilə, Yaponiya isə Tomoko Kazama, Rikka Ayasaki, İku Xiquçi, Tsieku İtsinoze ilə təmsil olunur.

Sərgi 2016-cı il dekabrın 1-dək davam edəcək.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır