yenicag.az

Berlində tədbir -Fotolar

Berlində tədbir -Fotolar

Müəllif: Redaktor

Editor

13621434_1136804453008687_1968016987_o_6237301.07.2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Almaniyanin Berlin şəhərində yerləşən Azərbaycan evində “Azərbaycanı tanı” adı altında tədbir keçirilib. Tədbirdə Azərbaycanın qədim tarixi, mədəniyyəti, incəsənəti, hazırda regionda və dunya ölkələri arasında rolu və Qarabağ problemi haqqında geniş çıxışlar edilib. Tədbirdə iştirak edən qonaqlardan əlavə nüfuzlu siyasətşünaş, konfliktoloq, Bundestaqın əməkdaşı, professor Heiko Langner, Azərbaycan Tələbə Şəbəkəsinin Baş katibi Asif Məsimov, Koordinasiya mərkəzinin icraçı direktoru, Berlin Universitetinin doktorantı Heydər Mirzə, “Azad Həmfikirlər”Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva Azərbaycan və Qarabağ problemi barədə fikir mubadiləsi aparıblar. Tədbir iştirakçıları Azərbaycanın inkişaf strategiyasının bir çox dünya ölkələrinə nümunə olduğunu və bu inkişafın dönməz xarakter daşıdığını qeyd ediblər. Tədbir iştirakçıları Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinin və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin zəruriliyini qeyd ediblər.

Xocalı soyqırımı haqqında və Azərbaycanın müasir inkişafı ilə bağlı film göstərilib.

Sonda qonaqlara söhbət Azərbaycan şirniyyatı ilə bəzədilmiş çay sufrəsi arxasında davam etdirilib.

Bundan əlavə 04.07.2016-cı il tarixində Akarsu evində daha bir tədbir keçirilib. Tədbirdə bir çox alman qonaqlarla yanaşı professor – doctor Michael Reinhard Heb də iştirak edib. Azərbaycan həqiqətləri, Qarabağ problemi, Xocalı genosidi, Azərbaycan mədəniyyəti və digər mövzular tədbirdə muzakirə olunub və maraqlı çıxışlar edilib. “Azad Həmfikirlər”Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva çıxış edərək təşkilat haqqında məlumat verib və Azərbaycanın inkişafı, Azərbaycan mədəniyyəti, Qarabaq problemi haqqında danışıb. O, qeyd edib ki, son illər Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ölkəmizin inkişafının, artan nüfuzunun, istər region, istərsə də digər ölkələrlə mehriban əməkdaşlıq münasibətlərində olmasının nəticəsidir. Qarabağ probleminə toxunan samirə Mustafayeva vurğulayıb ki, Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan özü bu gün çətin durumdadır. Beynəlxalq layihələrdən kənərda qalan Ermənistan əhalisi acınacaqlı vəziyyətdədir. Samirə Mustafayeva aprel hadisələrinin qarşı tərəfə gec-tez Azərbaycan xalqının öz torpaqlarını işğaldan azad edəcəyinə və xalqımızın doğma torpaqlarına qaydacağına ciddi siqnal olduğunu qeyd edib.

Tədbirin sonunda iştirakçılara iftar sufrəsi açılıb.

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti