İraq Regional Kürd Hökümətinin lideri Məsud Bərzani, parlamentin səs çoxluğu ilə rədd etdiyi “müstəqillik referendumu”ndan imtina etmək niyyətində deyil.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Bərzani İraqın Akre bölgəsində təşkil edilmiş şənlikdə çıxış edib:

“Heç kim bizi müstəqilliklə mükafatlandırmayacaq. Biz yüz ildir ki, müstəqilliyimiz uğrunda mübarizə aparırıq və gözləyirik. Müstəqilliyi əldə etmək üçün bədəl ödəməyə hazırıq”.

Bərzani rəsmi Bağdadın məsələyə etiraz etməsini isə bu cür açıqlayıb:

“İraqda hal-hazırda köhnə fikirlər hakimdir, əməkdaşlığı qəbul edəcək bir idarəetmə yoxdur. Referendumun təxirə salınmasını istəyənlər heç bir alternativ həll yolu təklif etmirlər. Bu qədər ağrı-acıdan sonra Kürdüstan xalqı öz müqəddaratını təyin etmək istəyir”.

Həmçinin, kürd lider dövlət qurulacağı barədə onlara söz verənləri tənqid edib və ünvanlarına təhdidlər yağdırıb:

“Bizə 100 ildir “gözləyin” deyənlər üçün heç vaxt uyğun zaman gəlməyəcək. Referendum bütün Kürdüstan xalqının qərarıdır və biz bunun qarşılığını ödəməyə hazırıq”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 356
Kateqoriyalar:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."