www.sinerjipro.net

SinerjiProWide
Reklam

Xəbər verildiyi kimi, İraq kürdlərinin lideri Məsud Bərzani istefa verib. Bir müddət əvvəl separat fəaliyyətə keçərək, müstəqilliklə bağlı referendum keçirən Bərzaninin birdən-birə istefa verməsi müəyyən suallar doğurur.

Görəsən, onun istefaya getməsində hansısa daxili və ya xarici amillərin təsiri olub? Yoxsa bu, onun şəxsi istəyilə baş verib?

Politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında qeyd etdi ki, kürdlər müstəqillik referendumuna getməklə əslində, Bərzani özünün istefasının əsasını qoymuş oldu:

“Əslində, Şimali İraq Kürd Muxtariyyətində baş verən hadisələr Bərzaninin istefasına gətirib çıxartdı. İraqda yaşayan kürdlər müstəqilliklə bağlı referendum keçirtdilər. Hansı ki, bu addım İraq Konstitusiyasına zidd idi. Bağdad hökuməti bu fonda Bərzanidən referendumun nəticələrinin ləğv edilməsini tələb etdi. Lakin gördüyümüz kimi Bərzani ona tabe olmadığını bəyan etmişdi. Belə olan halda İraq Kürdüstanına qarşı Bağdad hökumətinin özü, habelə Türkiyə ilə İran sanksiyalar tətbiq etdi. Belədə, əvvəllər İraqın şimalındakı bütün neft ehtiyatlarına nəzarət edən separatçı rejim bütün gəlirlərdən məhrum edildi.

Qabil Hüseynli

Nəticə etibarı ilə kürdlərin məskunlaşdığı İraq əyalətlərində çətin bir vəziyyət yarandı. Üstəlik, kürdlərin öz aralarında da nifaq düşüb.

Habelə, İraqın kürdəsilli keçmiş prezidenti Tələbaninin Yurdsevərlər Partiyası ilə Bərzaninin Kürd Demokrat Partiyası arasında ciddi qarşıdurmalar yaranıb. Bu fonda da əhalinin əksər hissəsi Bərzaninin hakimiyyətdən getməsini istəyirdi. Bunları nəzərə alaraq, Bərzaninin istefası tələb olundu və o, bu addımı atmağa məcbur oldu. Bununla belə onun öz yerinə gətirdiyi şəxs yaxın qohumu Nuşiravan Bərzanidir. Düşünürəm ki, İraq kürdlərinin yeni hökuməti bu fonda sentyabrın sonlarında keçirtdikləri referendumun nəticələrini ləğv etməli olacaqlar. İraq Parlamenti artıq bu istiqamətdə addım atıb, indi yerli parlament də bunu etməlidir. Böyük ehtimalla bunlar da baş verəcək”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 723
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."