Beş ölkə Xəzərdə hərbi təlimlərə başladı

Beş ölkə Xəzərdə hərbi təlimlərə başladı

Müəllif: Redaktor

Baş Redaktor

160419_res_01Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran hərbçilərinin iştirakı ilə bu gün Xəzər dənizində beynəlxalq hərbi təlimlər başlayacaq.

Bu barədə Rusiya KİV-i xəbər yayıb.

Məlumata əsasən “Kaspi-2016” adlanan təlimlər Xəzərin Həştərxan vilayətinə aid hissəsində keçiriləcək. Təlimlərdə 600-dən çox canlı qüvvə və 100-ə yaxın texnikanın iştirakı planlaşdırılır.

Sentyabrın 22-də Həştərxanda “Risklərin qlobal tendensiyası və beynəlxalq əməkdaşlığın prioritetləri” mövzusunda beynəlxalq konfrans da keçiriləcək.(azvision.az)

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti