Beş qat deputatlar – Onları tanıyın

Beş qat deputatlar – Onları tanıyın

Müəllif: Redaktor

Editor

millimeclisesassukut4Deputat seçilənlərin arasında həyatının 20, 25 ilini parlamentə həsr edən mandat sahibləri var.

Hələ Azərbaycan keçmiş SSRİ-nin tərkibindəykən, 1991-cı ildə çağırılan keçmiş Ali Sovetin sessiyasından ta 2015-ci il 1 noyabr tarixindəki seçkilərədək həmişə qalib elan edilmiş parlamentarilər də var. 10 saylı Binəqədi üçüncü seçki dairəsindən mandat qazanmış Madər Musayev bu il 6-cı dəfə parlamentə seçildi. O, 1991-ci ildən bəri deputatdır.

Müstəqil Azərbaycan Respublikasında I çağırış Milli Məclisə seçkilər 1995-ci ilin 12 noyabrında keçirilib. 2015-ci il 1 noyabr tarixində isə V çağırış Milli Məclis seçkiləri keçirildi. Bu seçkilərin hamısında iştirak etmiş və həmişə də mandat qazanmış deputatlar kimlərdir?

Kiçik bir araşdırma nəticəsində məlum oldu ki, ömrünün 20 ilini Azərbaycan Respublikasının qanunvericilik orqanında keçirən bəzi deputatlar bundan sonra daha 5 il Milli Məclisdə çalışacaqlar. Bunlar aşağıdakı şəxslərdir:

1 saylı Şərur-Sədərək seçki dairəsi – Vasif Talıbov

4 saylı Naxçıvan şəhər seçki dairəsi – Eldar İbrahimov

23 saylı Nəsimi-Səbail seçki dairəsi – Ziyad Səmədzadə

50 saylı Abşeron-Qobustan seçki dairəsi – Zeynəb Xanlarova

60 saylı Salyan-Neftçala seçki dairəsi – Fəzail Ağamalı

61 saylı Neftçala seçki dairəsi – Arif Rəhimzadə

66 saylı Biləsuvar seçki dairəsi – Xanhüseyn Kazımlı

74 saylı Lənkəran kənd seçki dairəsi – Hadı Rəcəbli

76 saylı Lənkəran-Astara seçki dairəsi – Ziyafət Əsgərov

116 saylı Qəbələ seçki dairəsi – Fəttah Heydərov

125 saylı Zəngilan-Qubadlı seçki dairəsi – İmamverdi İsmayılov(Modern)

Manşet, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti