Bəşər Əsəd Hələbdə qətliama başlayıb

Müəllif: Redaktor

Editor

asadHələbi ələ keçirən Suriya hökumət qüvvələri yerli əhaliyə divan tutur.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) İnsan Haqları üzrə Ali Komissarlığı Hələbin şərqinə keçən Suriyanın hökumət qüvvələrinin şəhərin dinc əhalisinə qarşı qırğınlara başladığını bəyan edib.

Qurumdan verilən məlumata görə, Bəşər Əsədə sadiq hərbçilər ötən gün Hələbdə 11-i qadın və 13-ü uşaq olmaqla, 82 nəfəri qətlə yetiriblər.

Yeniçağ.Az

 


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır