!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Beşiktaş" Çempionlar Liqasının 1/8 finalında! – VİDEO

!Reklam – Yazi

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura start verilib.

Yenicag.az xəbər verir ki, Türkiyə çempionu “Beşiktaş” da qitənin ən nüfuzlu klub turnirində növbəti matçına çıxıb. “Ağ-qaralar” doğma meydanda Portuqaliyanın “Portu” klubu il üz-üzə gəliblər.

Qarşılaşmada hesabı 29-cu dəqiqədə qonaqlar açıblar. Amma 41-ci dəqiqədə İstanbul klubu buraxılan qolun əvəzini çıxmağı bacarıb. Qalan dəqiqələrdə başqa qol qeydə alınmadığından, matç 1:1 hesabıyla başa çatıb.

Bu heç-heçə “qara qartallar”ı ÇL-in 1/8 finalına daşıyıb. “Beşiktaş” son turda səfərdə Almaniyanın “Leytpsiq” klubuna uduzsa belə, pley-offda olacaq. Hazırda bu komanda 11 xalla qrupda vahid liderdir. Ən yaxın izləyicisi “Portu”nun isə 7 xalı var.

Qrupun digər oyunu bu gün “Monako” (Fransa) ilə “Leytpsiq” arasında keçiriləcək.

UEFA Çempionlar Liqası
G qrupu
21 noyabr

“Beşiktaş” – “Portu” – 1:1
Qollar: Talişka, 41 – Felipe, 29.

www.yenicag.az

3650
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv