www.sinerjipro.net

SinerjiProWide
Reklam

Ötən gecə keçirilən 8 qarşılaşma ilə Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub.

Yenicag.az xəbər verir ki, “Barselona”, “Bazel”, “Bavariya”, “Beşiktaş”, “Çelsi”, “Yuventus”, “Liverpul”, “Mançester Yunayted”, PSJ, “Porto”, “Real”, “Roma”, “Sevilya”, “Şaxtyor”və “Tottenhem” 1/8 finala yüksələn komandalardır.

Azərbaycanlı futbolsevərlərin də dəstəklədiyi “Beşiktaş” G qrupunda 14 xal toplayaraq növbəti mərhələyə qrup birincisi kimi yüksəlib. Bütün səfər matçlarında rəqiblərinə qalib gələn Şenol Günəşin komandasının potensial rəqibləri də bəllidir.

Türkiyə klubunun rəqibi qrup mərhələsini ikinci sırada başa vuran “Bazel”, “Bavariya”, “Çelsi”, “Yuventus”, “Sevilya”, “Şaxtyor” və “Real”dan biri olacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin püşkatması dekabrın 11-də baş tutacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə 15:00-da start götürəcək.

1/8 finalın ilk oyunları fevralın 13-14 və 20-21-də, cavab qarşılaşmarı isə martın 6-7, 13-14 tarixlərində keçiriləcək.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3052
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.