“Beşiktaş”ın çempionluğu sosial medianı çalxaladı – FOTOLAR

Müəllif: Baş Redaktor

Baş Redaktor

151377Bu gün Türkiyə Superliqasında XXXIII tura yekun vurulub.

Həftənin ilk oyununda “Antalyaspor” öz meydanında “Trabzonspor”un, necə deyərlər, daşını daş üstə qoymayıb. Aralıq dənizi sahilinin təmsilçiləri “qaradənizlilər”in qapısında 7 cavabsız top keçiriblər.

Bu turda 2015/16 mövsümünün çempionu bəlli olub. “Beşiktaş” sona bir tur qalmış öz meydanında “Osmanlıspor”u məğlub edərək çempionluğunu rəsmiləşdirib.

“Beşiktaş” – “Osmanlıspor” – 3:1

Qollar: Marselo, 21, 24, Qomez, 48 – Vebo, 74

“Antalyaspor” – “Trabzonspor” – 7:0

Qollar: Ömər, 18, 49, 79, Çarles, 22, Makun, 37, Etame, 51, 62 /APA

Qeyd edək ki, “Beşiktaş”ın çempionluğu elan etməsindən sonra sosial mediada komik “caps”lar paylaşılıb. Həmin “caps”lardan maraqlı olanları təqdim edirik:

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır