!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Beşqat dünya çempionu Federasiyadan niyə getdi?

!Reklam – Yazi

Kikboks üzrə beşqat dünya çempionu “Kobra” ləqəbi ilə tanınan Pərviz Abdullayev artıq 4 aydan çoxdur ki, Azərbaycan Kikboks Federasiyası ilə yollarını ayırıb.

Yeniçağ.az-ın aldığı məlumata görə, Dünya çempionu məşq etmək üçün özünə yeni milli komanda seçib. Belə ki, Adil Əliyevin rəhbəri olduğu qurumla yollarını ayıran “Kobra” Pərviz başqa bir döyüş növünə üz tutub. Pərviz Abdullayev bir müddətdir ki, Azər Həsənsoyun rəhbəri olduğu Uşu Sanda Federasiyasında, onların milli komandasının heyətində məşq edir. İdmançının məşqində A. Həsənsoyun şəxsən özü iştirak edir.

Bu məsələlər dünya çempionu ilə AKF arasında problemin yarandığı iddiasının ortaya atılmasına səbəb oldu. İddiaya görə, P. Abdullayev Adil Əliyevin federasiyasında ciddi problem yaşadığı üçün oradan ayrılmaq qərarına gəlib.

Məsələ ilə bağlı Azərbaycan Kikboks Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarovla əlaqə saxladıq.

Yeniçağ.az-a danışan federasiya rəsmisi Pərviz Abdullayevin gedişinin səbəbini belə açıqladı:

“Pərviz Abdullayevin Azərbaycan Kikboks Fedarasiyası ile heç bir problemi olmayıb. Təbii ki, ola da bilməz. Federasiya rəhbərliyi Pərviz üçün əlindən gələnin ən yaxşısını maksimum dərəcədə etməyə çalışıb.
Onunla heç bir incikliyimiz yoxdur, bu gün də əlaqəmiz var. Hər zaman inanıram ki, Pərviz bizimlədir. Onun federasiyadan getməsinin əsas səbəbi İslam Həmrəylik Oyunlarıdır. O sadəcə olaraq, Uşu Sanda döyüş növündə özünü sınamaq istədi və onda alındı…

Pərviz Abdullayevə İslamiadada uğurlar arzulayırıq. Onun qızıl medal qazanacağına inanırıq. Başqa federasiyaya keçdiyinə görə ondan inciməmişik”.

Aygün İlqarqızı
Yeniçağ.az

www.yenicag.az

617
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv