Bəşşar Əsəd ön cəbhədə əsgəri şoka saldı – VİDEO

Müəllif: Redaktor

Editor

245081_468209Suriya prezidentinin ön cəbhədə əsəgərlərlə görüşünü əks etdirən video sosial şəbəkələrdə böyük marağa səbəb olub. Kadrlarda görünür ki, SƏR prezidenti Bəşşar Əsəd cəbhə xəttində kazarmaya girir. Heç nədən xəbəri olmayan hərbçilər isə arxası ona tərəf cəbhə xəttini diqqətlə izləyir. Prezident gülərək, əli ilə zabitin çiynindən vurur və salamlaşır. Hərbçi geri döndükdə qarşısında dövlət başçısını gördükdə bir anlıq özünü itirir. Lakin prezidentin onunla hal-əhval tutmasından sonra özünə gəlir və onunla qucaqlaşır. Bəşşar Əsəd digər hərbçi ilə də eyni səmimiyyətlə görüşür.

Xatırladaq ki, Rusiya aviasiyasının hava dəstəyindən sonra Suriya ordusu bütün cəbhə boyu terrorçulara qarşı hücuma keçib. Prezident Bəşşar Əsədin də hərbçilərə ruh yüksəkliyi vermək üçün bu addımı atdığı deyilir(Faktxəbər).



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır