!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəxtiyar ƏLİRZAYEV: Gürcüstan Patriarxlığı ATV-dən nə istəyir?

!Reklam – Yazi

author_36Tələbə vaxtlarımda rast gəldiyim ən güclü yağış idi. Adama elə gəlirdi ki, bir dəqiqə sonra bütün göylər yerə töküləcək. Körpünün o üzündə dayanacaqdakı bir nəfəri görüb, qayıdacaqdım. Başımı qorumaqdan əl çəkib, əlimi cibimə saldım ki, ovcumda tutum, tək, əzik-üzük “Nizami”ni sel-su islatmasın. Elə bu vaxt qeybdən gəlirmiş kimi səs gəldi: “Sən Allah, heç olmasa, bir “Qız qalası” ver. Ölürəm acından”. Səkidə oturmuş, əsasına sarılmış kor, yaşlı kişi idi. Başından süzülən damcılar altından axan suya qarışırdı. Təbii, qoruduğum “Nizami”ni verdim. Gedib adamı dayanacaqda gördüm, söhbətləşdik, yağış kəsdi, eyni yolu qayıdıram… Həmin sulu, kor dilənçi eyni sözləri söylədi: “Sən Allah, heç olmasa, bir “Qız qalası” ver. Ölürəm acından”. Ayaq saxlamadan “yoxdu” deyib uzaqlaşırdım ki, arxamca ucadan belə, eynən belə dedi: “Allah yoxa çıxartsın!”

Bu sözlərdən sonra yaxşılıq etmək anlayışım və bütün mahiyyətim dəyişdi. “Kimə” sualı heç vaxt beynimdən çıxmadı və məni hisslərim qarşısında yenik düşməyə qoymadı.

İndi eyni nimdaş naşükürlüyü öz tarixi “Dekameron”larından xəbərsiz olan Gürcüstan Patriarxlığı bizə qarşı edir. Necə edir? İki misal çəkək: Tarixi məscidimizin bərpasına qadağa qoyurlar, keşiş paltarı geyinmiş şəxslər gəlib orda dava salır, qan tökməkdən belə çəkinmir.

Müsəlmanlara öz evində dini təhsil verən ruhaninimizin qapısına donuz başı mıxlayırlar. Bu da azmış kimi Bakı-Tiflis magistral yolunu bağlayırlar.

Amma Gürcüstan Patriarxlığı leysan altındadır, ağzına da su dolub. Dinmir ki, dinmir. İş-işdən keçəndən, məsələ yoluna qoyulandan sonra alabaşına-külbaşına bir açıqlama yayır.

Di gəl ki, ATV yeni mövsümlə bağlı məbəddə anons çəkir. Dərhal dini hissləri qabarır, qışqırıq dolu bəyanat yayırlar. Hollivud filmlərində kilsəni bombardman edirlər, Avropa filmlərində mafiozların oylağına çevirirlər, patriarxlıq anlayır ki, bu filmdi. Azərbaycanda isə tarixi abidələri də tanıtmaq məqsədi ilə çəkilən görüntünün anons olduğunu anlaya bilmir ki, bilmir.

Bir də… onların burda qılverənləri var. Nə eləyirsən elə, “qəmiş” əllərindədi. Heç nəyi bəyənmir, özlərini həmişə şanssız və zamanında dünyaya gəlməmiş akademik zənn edirlər. “Belə biləndərsənsə, gəl iş verim, qulp qoymaqdan əl çək, bir işin qulpundan yapış” deyirsən, sevincək gəlir, bir ay siqaret çəkib, yoxa çıxır. Özü də anlayır ki, qulp qoymaq qulpdan yapışmaqdan daha asandı.

İndi həmin qılverənlərə və qəmişsevənlərə ATV-nin bu anonslarla nə etdiyini söyləyim, sırğa eləsinlər.

Televiziyada mövsüm dəyişikliyinin özünü belə imic anonsuna çevirə bilən ilk və hələ ki, tək televiziyamız ATV-dir. “İsti yayım”ın və yeni mövsümün anonsu fərqli tipdə anons olaraq qalmır, həm də Azərbaycanın tarixi, gəzməli-görməli yerlərini təbliğ edir.

“Ardı var” sonluğu ilə bitən anonslar ayrı-ayrı səhnələri canlandırsa da, sonda həllini eyni xətt üzrə və eyni nöqtədə tapır. Rejossorların diqqəti, məkanların seçimi, aparıcıların aktyorluq bacarığı, xarici musiqilərin səhnələrə uyğunlaşdırılması, təyyarə çəkilişlərindən istifadə… Bütün bunlar nə qədər əziyyət, zəhmət, vəsait deməkdi, bilirsinizmi? Niyə edildiyindən xəbəriniz varmı? Edilib ki, Azərbaycanın efir məkanında rənglər artsın, TV-lərimizə maraq daha da artsın, xarici televiziyalara baxanda ağzımızın suyu axmasın.

Sonda həmin qılverənlərin qulağından tutub deyirəm: Qazan dibi qarışdırmaqdansa, yediyin yeməyə görə bircə dəfə “sağ ol” deməyi öyrən!

www.yenicag.az

1204
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv