Bəyaz Türkiyədən getdi

Müəllif: Redaktor

Editor

80372_cr1wy5pq77Son dövrlər proqramında baş verən hadisələrə görə tənqid hədəfi olan aparıcı Bəyazit Öztürk (Bəyaz) Türkiyədən köçüb.

İspaniyanın Barselona şəhərinə köçən aparıcı dalbadal yaşadığı şanssızlıqlardan dolayı ağır günlər keçirir.

Bəyaz sadəcə “Beyaz Show”nun çəkilişləri üçün gəlir, canlı yayımdan dərhal sonra isə Barselonaya qayıdır. O, bu səbəbdən digər tədbirlərdə görünmür, paparassilərlə də rastlaşmır.

Yay tətilini də orada keçirtmək fikri olan aparıcı yeni mövsümdə ekranlarda olub-olmayacağı barədə qərar verəcək.

Qeyd edək ki, bir müddət əvvəl “Beyaz Show”da “Ayşə müəllimə” adlı qadın zəng vuraraq Türkiyənin cənub-şərqində baş verənlərə diqqət çəkmək istəmiş, lakin onun bu hərəkəti PKK terror təşkilatının təbliğatı kimi qiymətləndirilmişdi. Buna görə efirində iki dəfə qalmaqal yaşanan Bəyazit xalq qarşısına çıxaraq üzr də istəmişdi.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır