www.sinerjipro.net

SinerjiProWide
Reklam

Səudiyyə Ərəbistanında kraliyyət qərarnaməsini lağa qoyan “twit” mayor Suzan Hajj Hobeichenin başına bəla olub.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, mayor Suzan Hajj Hobeiche qadınların avtomobil idarə etməyinə icazə verən qanunu lağa qoyan “twiti” bəyənib. Bu bəyənmə isə onu əməlli-başlı işə salıb. Belə ki, mayor işindən azad edilib.

Gulf Newsdə yer alan məlumata görə, “twitdə” ərəb dilində “Səudiyyə Ərəbistanında qadınların avtomobil idarə etməsinə icazə verildiyi xəbəri əslində doğru deyil. Onların bubi tələsi ilə düzəldilmiş avtomobilləri idarə etmələrinə icazə var”, deyilirdi.

Hobeiche Livanın məşhur rejissoru Charbel Khalilin lağlağı mənasında yazılmış paylaşımını bəyəndikdən sonra livan xalqı tərəfindən sərt şəkildə tənqid olunub və ondan sosial şəbəkədəki hesabını bağlamağı tələb ediblər. Livanın ən çox səlahiyyətə malik olan qadın məmuru Suzan “twiter”dəki səhvini düzəltsə də, onun paylaşımı screen olunaraq yayılıb. Bu səbəbdən Hobeiche işini itirib.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 819
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."