www.sinerjipro.net

SinerjiProWide
Reklam

beyimm“Böyük şairimiz İmadəddin Nəsiminin sözlərinə yazılmış bu əsəri ilk dinlədiyimdə çox kədərləndim və təəssüf hissi keçirdim ki, bu cür gözəl sözlər hələ bizdə ifa olunmayıb”. Bu sözləri Azadinform-a açıqlamasında Əməkdar artist Bəyimxanım Vəliyeva deyib.

B.Vəliyeva bildirib ki, Azərbaycan vətəndaşı olaraq o dahi şəxsiyyətin yazdığı bu sözləri ifa etməyi özünə borc bilib: “Orda səslənən “ərəbə, farsa minnət eyləməm” sözləri, yəni “öz dilimi qoyub başqa dillərə minnət eyləmərəm” kəlməsi dilimizin nə qədər zirvədə olduğunu, dəyərli olduğunu bir daha sübut edir. Orda səslənən “ruzimi verən Xudadır, qula minnət eyləməm” cümləsi isə məni xüsusi təsirləndirdi. İnsanları həmrəy olmağa, bir olmağa, tutduğu mövqeyə görə deyil, insanlığa görə münasibətlərini qurmağı tövsiyə edən Seyyid Nəsimi Allahın onsuz da hər kəsin ruzisini Özü verdiyini bir daha insanlara xatırladır”.
B.Vəliyeva arzu edib ki, hər bir azərbaycanlı hansı ölkədə yaşamasından aslı olmayaraq dilimizi heç zaman unutmasınlar: “Dilimizi hər zaman uca tutsunlar”.

https://youtu.be/sUe170RAJ2A

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 221
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."