Ads by Google

hightechnic
Ads by Google

86fa9acc-ed1f-4476-83fe-ee24bb3a6453Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun ad günüdür. Fondun yaranmasından 24 il ötüb keçir. 1992-ci il iyunun 22-də yaranan və elə həmin il sentyabrın 4-də Azərbaycan Respublikası Ədliyyə nazirliyi tərəfindən dövlət qeydiyyatına alınan BAMF artıq 24 ildir ki, vətəndaş cəmiyyəti sahəsində uğurlu fəaliyyət göstərir və öz töhvələrini verir.

Bu 24 ildə təşkilat BMT qurumları, Amerikanın Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Sülh Bürosu, Beynəlxalq Jurnalistlər Federasiyası, bir sıra xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirlikləri, nazirliklər, agentliklər, eləcə də regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. 2014-cü ilin yanvar ayında təşkilat Nyu-York şəhərində BMT-nin Baş Qərargahında BMT-nin İqtisadi Sosial Şurasının (ECOSOC) QHT bölməsinin komitə iclasında ECOSOCA-un ən yüksək , general statusunu qazanmışdır. BMT-nın yarandığı gündən bu günə qədər əməkdaşlıq etdiyi 31000 təşkilatın içərisində yalnız 148 təşkilat bu statusa layiq görülüb. Bununla yanaşı BAMF həmçinin Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsinin İctimai-Özəl Tərəfdaşlıq Proqramının, Beynəlxalq Mətbuat İnstitutunun (BMİ), Beynəlxalq Sülh Bürosunun (BSB), Dayanıqlı İnkişaf Uğrunda Şimal Alyansının (ANPED) aktiv üzvüdür, tərəfdaşlarıdır.

Beynəlxalq və yerli layihələrin icrasında təcrübəsi olan BAMF-ın sədri Umud Mirzəyev Beynəlxalq Mətbuat İnstitutu(2012-2016 ) və Beynəlxalq Sülh Bürosunun idarə heyətində təmsil olunur.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 113
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."