masin463Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanununa dəyişikliklər layihəsi təsdiqlənib.

“Report”un xəbərinə görə, qanunun 24.7-ci maddəsinə edilən dəyişikliklərə əsasən, Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumu dərəcələri dəyişdirilir.

Belə ki, Beynəlxalq nəqliyyat forumunun “icazə”lərinin (Avropa Nəqliyyat Nazirlərinin konfransının jurnallarının) satışına görə, atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4 ekeloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan “icazə”lərin (jurnalların) hər bir vahidinə görə 500 ABŞ dolları, atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-5 və daha yüksək ekoloji normalara uyğun olan yük avtonəqiliyyat vasitələri üçün etibarlılıq müddəti bir olan “icazə”lərin (jurnalların) hər bir vahidinə 300 ABŞ dolları, yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir ay olan “icazə”lərin (jurnalların) hər bir vahidinə yüz ABŞ dolları müəyyən edilib.

Dəyişikliklər layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 9
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."