!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beynəlxalq Bank işində yeni həbs dalğası – Möhlət başa çatdı

!Reklam – Yazi

beynelxalqbank02Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə müəssisəsi olan “ABB-Moskva”nın İdarə Heyətinin sədri Fuad Abdullayevin işdən çıxarılması Beynəlxalq Bankla bağlı kredit qalmaqalı ilə əlaqəlidir.

Bu barədə “Azadlıq” qəzeti yazıb. Qəzet yazır ki, F.Abdullayevin həbs ediləcəyi barədə də iddialar var.

Qeyd edək ki, “kredit qalmaqalı”nın ilk günlərində Beynəlxalq Bankın Birləşmiş Ərəb Əmirliklərindəki nümayəndəliyinin rəhbəri Adil Hüseynov həbs olunub.

Qəzet iddia edir ki, yaxın günlərdə “kredit qalmaqalı” ilə bağlı yeni həbslər dalğası başlayacaq. Iddialara görə, əsasən Beynəlxalq Bankdan kredit götürən Cahangir Hacıyevə yaxın şirkətlərin məsul işçiləri cinayət məsuliyyətinə cəlb olunacaq. Məlumat üçün deyək ki, bu şirkətlərin sayı 40-a yaxındır. Kredit qalmaqalının ilk günlərində onlardan çoxunun rəhbəri DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılmışdı. Bəziləri kredit borcunu ödədiyinə görə sərbəst buraxılmışdı. Bəziləri isə hələ də həbsdədir. Möhlət verilən şirkətlər də var. Bildirilir ki, artıq onlara verilən müddət başa çatıb. Lakin hələ də kreditlər ödənilməyib. Ona görə də onların həbs olunması barədə qərar verilib.

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv