Bildiyimiz kimi, Beynəlxalq Bankın yeni rəhbərliyi “İnter”dən imtina edib. Sözügedən bank bunun ardınca Azərbaycan Milli Karate Federasiyasına da sponsorluqdan əl çəkib.

Ümumiyyətlə, bankın yeni rəhbərliyi bundan sonra idman sahəsində heç kimə sponsorluq etməyəcək və bütün kapitalını ancaq bank sektoruna yatıracaq.

Məsələ ilə bağlı Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətinin rəhbəri Sənan Məhərrəmovla əlaqə saxladıq. Yeniçağ.az-a danışan qurum rəsmisinin sözlərinə görə, onlara rəsmi şəkildə heç nə deyilməyib:
“Belə bir xəbərin yayılmasından xəbərdarıq. Rəsmi bildiriş olmasa da artıq ötən aydan bank bizi maliyyələşdirmir. Yanvar ayında baş tutan 2 yarışa Gənclər və İdman nazirliyinin vəsaiti ilə yollandıq. Məsələ ilə bağlı Beynəlxalq Bankın rəhbərliyinə məktub da ünvanlamışıq, cavab gözləyirik. Məqsədimiz rəhbərliklə görüşməkdir”.

Aygün İlqarqızı

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."