Beynəlxalq əlillər günündə əlilliyi olan insanların keçirdiyi tədbir

Müəllif: Redaktor

Editor

8f498e4b-c854-40f7-a133-d034826463c0“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı ilə “Bacarıqlı Əllər Dünyası“ İctimai Birliyi, 1 saylı Psixiatriya Xəstəxanası və Xəzər Universitetinin “Əlilliyi olan tələbələr üçün Mərkəz” birlikdə Beynəlxalq Əlillər Günü ilə əlaqədar Xəzər Universitetində 03 dekabr 2015-ci il tarixdə “Biz də cəmiyyətin ayrılmaz üzvləriyik” adlı tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Xəzər Universitetinin təsisçisi, Universitetin Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı, çıxış edənlər – Kubanın Azərbaycandakı səfiri cənab Omar Madina, Ombudasmanın Əlilliyi olan şəxslər üzrə müşaviri Müqalib Mahmudov, Nizami RİH-nin şöbə müdüri Əli Axundov, Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov, 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Cəfərov fiziki qüsurun insanların həyatda özünə layiqli yer tutmasında maneə olmadığını, əlilliyi olan insanların da cəmiyyətin bir hissəsi olduğunu nəzərə çatdırdılar.

Tədbir boyu əlilliyi olan istedadlı insanların əl işlərindən ibarət sərgi nümayiş etdirildi. 1 saylı Psixiatriya Xəstəxanasının pasiyentlərinin iştirakı ilə çəkilən “Limanı olmayan gəmi” adlı qısametrajlı film və göstərilən pantomim səhnəcik tamaşaçılarda böyük təəssürat yaratdı.
Xalq artisti, “Şöhrət” ordenli məhşur muğam ustası Mənsum İbrahimovun tələbələri, Muğam-2015 müsabiqəsinin qalibləri Sədəf Budaqova və Elgiz Əliyev, “Beynəlxalq Əlillər Cəmiyyəti”nin üzvləri müğənni, 1-ci qrup əlil Murad Sadıx, 3-cü qrup əlil Cavid Gözəliov və onun dostları, 1-ci qrup gözdən əlil Allahverdi Əhmədov öz gözəl ifaları ilə hamının ruhunu oxşadılar. Əilliyi olan bu insanların bacarığı özünü sağlam hesab edən bəzi insanlara nümunə olacaq qədər ibrətamizdir.
“Beynəlxalq Əlillər Cəmiyyəti”nin Novxanı kənd Nümayəndəliyinin nəzdində fəaliyyət göstərən uşaqlardan ibarət “Xəzər ulduzları” ansamblı gözəl rəqsləri ilə tədbirə rəngarənglik bəxs etdilər.
Tədbirdə bir çox dövlət və beynəlxalq təşkilatların, Azərbaycandakı xarici səfirliklərin, ictimai birliklərin nümayəndələri, tələbələr iştirak edirdilər.

Keçirilən tədbir sağlamlıq durumundan asılı olmayaraq hər bir insanın cəmiyyətin bir üzvü olduğunu, birlikdə bir vəhdət təşkil etdiyini göstərdi.

 


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir