!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Beynəlxalq yarışa görə təhsil müddətini dəyişmək düzgün deyil “– Ekspert fikri  

!Reklam – Yazi

“Əslində Təhsil nazirinin qərarına əsasən dərs ilinin müddəti iyun ayının 14-nə qədər uzadılmışdı. İslamiada ilə əlaqədar bu məsələlər öz formasını dəyişirsə, dərs lazım olan vaxtda keçirilmirsə və oyunlardan sonra davam edirsə, əminliklə deyə bilərəm ki, həmin müddət ərzində dərs keçirilməyəcək. Yalnız jurnallar yazılacaq”.

Bu sözləri Yeniçağ.az-a “2017 İslam Həmrəylik Oyunları” ərəfəsində əsas küçələrdə yerləşən məktəblərin fəaliyyətinin dayandırmasını şərh edərkən təhsil üzrə ekspert Nabatəli Qulamoğlu deyib.

Ekspertin fikrincə, həmin müddətdə məktəblərdəki davamiyyətə heç kim zəmanət vermir:

“Nazirliyin bu addımını dəstəkləmirəm. Ona görə ki, bu, ümumiyyətlə təhsilə ziyan vuran bir məsələdir. Nazirliyi icraçı kimi tənqid edirəm. Çünki şagirdlər yenidən dərs ilinin uzadılması müddətində dəsrliklərlə maraqlanmayacaq. Müəllimlər də dərsliklərlə yox, jurnallarla məşğul olacaq. Yəni mənim fikrimcə, həmin müddət ərzində heç bir dərs keçirilməyəcək”.

Kamran Əsədovun sözlərinə görə, təhsil elə bir sahədir ki, onun tədris proqramı bir il əvvəl qəbul edilərək təsdiqlənir:

“Bu tədris proqramında ay, həftə, gün ərzində keçiriləcək dərslərin, görüləcək işlərin vaxtı olur. Bu proqramı dəyişmək ciddi problemlər yarada bilər. Belə ki, şagirdlər həm də buraxılış və qəbul imtahanlarında iştirak edirlər. Onlar məhz bu imtahanlarda iştirak edərkən tədris olunan proqram çərçivəsində suallara cavab verirlər. Lakin vaxtın uzadılması digər proseslər ilə üst-üstə düşəcək. Şagirdin təhsilini başa vurduqdan sonra istirahət etmədən qəbul imtahanlarında iştirak etməsi yolverilməzdir. Bu onlarda psixoloji cəhətdən gərginlik yarada bilər”.

Ekspert düşünür ki, Bakıda keçirilən beynəlxalq yarışa görə tədris müddətinə dəyişiklik edilməsini təqdirəlayiq saymır:

“Çünki ölkədə 4481 orta məktəb var. Onların yalnız 310 Bakı şəhərində yerləşir ki, bu məktəblərin də yalnız 10-u yarışların keçiriləcəyi məkanlara yaxındır. Ona görə də təhsil proqramında hansısa bir dəyişiklik gözləmirəm və bunu məqbul hesab etmirəm”.

Qeyd edək ki, İslam Həmrəylik Oyunları 12-22 may tarixlərində keçiriləcək.

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

625
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv