!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəzi banklarda korrupsiya və fırıldaq halları davam edir

!Reklam – Yazi

Businessman counts money in hands.; Shutterstock ID 72345610; PO: aol; Job: production; Client: drone

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin aprel ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi banklar ilə bağlı aprel ayı üzrə məlumatları təqdim edir.

2016-ci ilin aprel ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 22397 xəbər yerləşdirilib – 10870 xəbərdə konkret bank adı çəkilib. Bunlardan 10186-ı neytral, 610-u isə mənfi, 74-ü isə müsbət xəbərdir.

Müsbət xəbərlər arasında liderlər: Unibank Kommersiya Bankı (36 xəbər – elektron ticarətin inkişafi üzrə lider banklar siyahisindadir), Bank of Baku (21 xəbər – yenə qalib oldu), DəmirBank (13 xəbər – Mərkəzi Bank tərəfindən birinciliyə layiq görülüb)

Mənfi xəbərlər arasında “liderlər”: Unibank Kommersiya Bankı (115 xəbər – müdhiş firildaqlar – şikayət) , Bank of Azerbaijan (87 xəbər – Hafka Vaqif Əsədovla əlbəyaxa oldu – şok təfərrüat), Kapital Bank (70 xəbər – müəllimlərin maaşlarının qaranlıq aqibəti… – şikayət var) .

1. Azərbaycan Beynəlxalq Bankı 1123 xəbər
2. Kapital Bank 990 xəbər
3. Unibank Kommersiya Bankı 567 xəbər
4. Bank Standard 419 xəbər
5. DəmirBank 397 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1717 xəbər dərc edilib – 318 xəbərdə konkret bank adı qeyd olunub. Bu xəbərlərdən 296 xəbər neytral, 22 xəbər isə mənfi xəbərdir. Muğan Bank (12 xəbər – bankda korrupsiya aşkarlandı) , Bank Standard (4 xəbər – bankda 20 milyonluq qalmaqal), Bank of Azerbaijan (2 xəbər – Hafka Vaqif Əsədovla əlbəyaxa olub) mənfi xəbərlər arasında liderdir.

Xəbər sayına görə sıralama:

1. Azərbaycan Beynəlxalq Bankı 80 xəbər
2. Kapital Bank 41 xəbər
3. Paşa Bank 18 xəbər
4. Muğan Bank 18 xəbər
5. Rabitə Bank 16 xəbər

Aprel ayında televiziya kanallarında banklar haqqında 67 xəbər göstərilib.

1. Azərbaycan Beynəlxalq Bankı 21 xəbər
2. Kapital Bank 21 xəbər
3. Xalq Bank 6 xəbər
4. Caspian Development Bank 5 xəbər
5. Texnika Bank 3 xəbər
Aprel ayında radio kanallarında banklar haqqında 5 neytral xəbər söylənilib.

www.yenicag.az

525
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv