!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yalan olan məlumat xəbər deyil”

!Reklam – Yazi

6e8643a64166ed9aa7d40051790a179b“Azərbaycan mətbuatı ölkənin ictimai siyasi həyatında baş verən hadisələrə həssas yanaşıb. Ötən yay təmas xəttində baş verən hadisə zamanı, həmçinin bu il Milli Məclisə keçirilən seçkilər zamanı öz vəzifələrini layiqincə yerinə yetiriblər. Bir çox məqamlarda öz həssaslıqlarını nümayiş etdiriblər. Amma bir çox mətbuat orqanları bu prosedən kənara çıxıb. Bizim apardığımız araşdırmalar zamanı da bunlar ortaya çıxdı”.

AzNews.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov “Media və məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış” mövzusunda “dəyirmi masa”da çıxışı zamanı deyib. O, bildirib ki, bəzi məqamlarda mətbuat orqanlarında yoxlanılmamış yazılar gedir: “Bu zaman heç bir mənbəyə belə fikir verilmir. Bəzi KİV-lər isə bilərəkdən və ya bilməyərəkdən bu cür xəbərlər verir. Həmin saytların əsas məqsədi ajiotaj yaratmaqdır. Demək olar ki, bütün saytlar və xəbər portalları həmin xəbərləri yayır. Amma həmin məlumatla bağlı qurum 3 gündən sonra təkzib verir.

Mətbuat Şurası bununla bağlı monitorinq qrupu yaradıb. Bir çox məsələlər araşdırılır. Hətta bununla bağlı tədbirlər də keçirir. Bəzən bu cür hadisələrin qarşısını almağa nail ola bilirik”.

Sədr qeyd edib ki, media ictimai xəbərləri daima diqqətdə saxlamalıdır: “Son vaxtlar MTN ilə bağlı yayılan xəbərlər gedir. Başqa ölkələrdə də əgər bu cür hadisə baş versəydi həmin ölkənin mediası kənarda qala bilməzdi. Bizim mətbuatımız da bu hadisələrdən kənar qalmadı. Belə ki, istər MTN, istərsə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı xəbərlər verildi. Mediamız bu işin öhdəsindən layinqincə gəldi. Onlar öz üzərlərinə düşən bütün öhdəlikləri yerinə yetirdi. Amma təəssüflər olsun ki, bu hadisələrlə bağlı düzgün məlumatlar yazmayan saytlar var. Populyar olmayan həmin saytlar bu xəbərlər vasitəsi ilə IP yığırlar. Həmin saytlar məhz bu cür hadisələr zamanı aktiv olmağa başlayır. Bəzən ciddi saytlar belə həmin xəbərlərdən istifadə edir. Bu proses hüquqi yolla həll oluna bilər. Amma biz istəyirik ki, bu, hüquqi müstəviyə çatmadan Mətbuat Şurasında həll olunsun”.

***
17:13

APA Holdinqin prezidenti Vüsalə Mahirqızı bildirib ki, bu günə kimi media bir çox dövlət qurumlarına ictimai nəzarəti həyata keçirib: “Bu günə kimi bütün qurumlara nəzarət var idi. Yalnız MTN-dən başqa. Son olaraq baş verən hadisələr bunun bariz nümunəsidir. Əgər ölkədə ictimai şəxs barədə həbs-qətimkan tədbiri seçilibsə, mətbuat xidməti bunu rəsmi açıqlamalıdır. Xəbər varsa yazılmalıdır. Amma yalan olmadan. Təsdiqlənmiş hər bir xəbər yazıla bilər. Çünki yalan olan məlumat xəbər deyil. Bu hadisələr baş verən istənilən ölkədə mətbuat kənarda qala bilməzdi. Biz də bu hal baş verdi. Amma bəzən həqiqətə uyğun olmayan xəbərlər mətbuat orqanlarında gedir. MTN ilə bağlı hadisələrdə bəzi şəxslərin adları, vəzifələri verilir. Amma yaddan çıxartmaq olmaz ki, onlar həbs olunmayıb. Bu səbəbdən dövlət sirri olan məlumatın mediaya necə çıxması araşdırmalıdır.

Adətən bu tip məlumatlar xırda saytlara ötürülür. Önəmli olan media qurumları isə həmin xəbərləri olduğu kimi verirlər. Sonra da həmin saytların redaktorları ki, bildirirlər ki, bizim xəbər deyil, istinad etmişik. Amma yenə də hər bir redaktor başqa saytdan götürdüyü xəbərə görə məsuliyyət daşımalıdır”.

Şuranın Monitorinq Komitəsinin sədri Müşfiq Ələsgərli bildirib ki, neqativ yöndə yayılan məlumatların mediaya heç bir aidiyyəti yoxdur:“Onlar sadəcə olaraq fantaziyaya əsaslanırlar. Amma biz informasiya yayımladıqları üçün onlara media kimi yanaşmalı oluruq. Həmin saytlar özlərinə haqq qazandırmaq üçün xəbərlərin 3 ay bundan əvvəl yazdıqlarını deyirlər. Amma araşdırmalar zamanı ortaya çıxır ki, həmin sayt bütün nazirlərin işdən çıxarılması ilə bağlı xəbər yazıb. Hesab edirəm ki, indiyə kimi onlar haqqında hüquqi ölçü götürülsəydi, bu gün bu vəziyyət yaranmazdı. Həmçinin hazırda bir adam bir neçə media qurumunu yaradır. Bu səbəbdən həmin xəbərlər bir neçə saytda verilir. Daha sonra da müəyyən pul qarşılığında həmin xəbəri saytdan silirlər. Bu səbəbdən internet medianın tənzimlənməsi üçün xüsusi mexanizmlər hazırlanmalıdır. Qanunu pozan saytlar, hətta sosial şəbəkələrdə olan hesabları blok olunmalıdır”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid sərt çıxış edərək Mətbuat Şurasının bu cür xəbərləri yazan saytların adlarını çəkməli olduqlarını bildirib: “Məncə bu hallarla bağlı bir neçə saytın adı çəkilməlidir. Belə ki, kimsə Ziya Məmmədovu həbs edir, digəri vergilər nazirini işdən çıxarır. Bu cür yalan yayan saytların adları açıqlanmalı və onlar sərt şəkildə cəzalandırılmalıdır. Mətbuat Şurasının reket qəzetlərə qarşı mübarizəsində bir neçə qəzetlər var ki, oarada bəzi məmurlar haqda məlumatlar gedir. Hətta biz özümüz belə heyrət edirik ki, onlar bu məlumatları necə əldə ediblər. Reketkçiliklə məşğul olan media qurumlarına qarşı hüquqi addım atılmalıdır ki, bu gün sosial şəbəkələrdə kimlərinsə fantaziyasından irəli gələn məsələləri müzakirə etməyək”.

KİVDF sədri Vüqar Səfərli isə həmin saytların adlarını hamının yaxşı bildiyini deyib: “Hamı bu haqda danışır, amma heç kim onların adlarını çəkmir. Çünki özlərini pis etmək istəmirlər. Bu işi Mətbuat Şurası tənzimləməlidir. Onlar monitorinq keçirməli, sonra isə nəticələri açıqlamalıdır. Son olaraq isə onlara qarşı ciddi tədbirlər görülməlidir. Hazırda daha çox Rabitə və Yüksək Texnologiya Nazirliyinin əməkdaşları həmin saytlar tərəfindən şantaj olunur. Hamı onların arxasında kimlərin dayandığını yaxşı bilir. Mətbuat Şurası bununla bağlı ciddi tədbirlər görməlidir”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov çıxış edərək deyib ki, rekert media qurumlarının aşkarlanamsında internet saytlara güzəşt edilib: “Biz dedik ki, həmin saytlar qara siyahıya düşsə, onların ev alması mümkün olmayacaq. Biz ürəyiyumşaqlıq etdik. Amma bundan sonra Mətbuat Şurası monitorinq edib nəticəyə uyğun olaraq tədbir görməlidir. Bu gün tədbirdə iştirak edənlər də şuranın imeylinə rekert hesab etdiyi saytların adlarını yazıb göndərsin. Hamı danışır, indi görək sizin bu işdə iştirakınız necə olacaq”.

Modern.az saytının rəhbəri Elşad Eyvazlı deyib ki, bu halların yaşanması sifarişli yazıların nəticəsidir: “Biz bu gün ad çəkməyə qorxuruq, bəs media işindən ciddi anlayışı olmayan məmur neynəsin? Məmur da qorxusundan evini, maşınını satıb reket jurnalistlərə verir. Konkret ad çəkilməlidir, Mətbuat Şurası siyahını versin, mən açıqlayım”.

Teleqraf qəzetinin redaktoru Taleh Şahsuvarlı deyib ki, internet saytların fəaliyyəti ilə bağlı Mətbuat Şurasına lisenziya vermək səlahiyyəti verilməlidir.

“Azərfaks”ın rəhbəri Nicat Dağlar təklif edib ki, bu görüşlər tək media qurumları ilə deyil, mətbuat xidmətləri rəhbərləri ilə də keçirilsin.

Əflatun Amaşov deyib ki, növbəti görüşə dövlət qurumlarının mətbuat katibləri də dəvət ediləcək: “Hər kəs də o tədbirlərə onlara öz sözünü deyə biləcək”.

Aznews.az

www.yenicag.az

611
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv