Ads by Google

hightechnic
Ads by Google

elllle

Türkiyənin baş naziri Binəli Yıldırım Türkiyəyə səfər edən xarici ölkə parlamentarlarının şərəfinə nahar verib.

APA-nın verdiyi məlumata görə, B. Yıldırım çıxışında Türkiyədə hərbi çevriliş cəhdinə səssiz qalan ölkələri tənqid edib, bəzi ölkələrin hərbi çevriliş tərəfdarı kimi mövqe sərgilədiyini vurğulayıb.

O, hərbi çevriliş cəhdinin bir imtahan olduğunu və gerçək dostların üzə çıxdığını söyləyib: “Türk insanı 15 iyul gecəsi tankın, təyyarənin qarşısına imanı, demokratiyaya olan inancı ilə çıxdı. Millətimizin bu mövqeyi biz siyasətçilər üçün də önəmlidir. Millət dövlətin içərisinə sızmış Fətullahçı Terror Təşkilatı üzvlərinin bir-bir dövlətdən təmizlənməsi mesajını verdi. Bu mesaj qaranlıq gecəni bir daha yaşamamaq üçün hüquq çərçivəsində bütün addımların atılması ilə bağlı mesajdır. Biz bu mesajdan irəli gələn addımları atırıq. Hərbi çevriliş etmək istəyənlər bu millətdən zərbə alıblar. Heç bir demokratik sistemdə dövlət vətəndaşın çağırışına laqeyd ola bilməz.

İyulun 15-də qeyd-şərtsiz bizə dəstək verən dostlarımız oldu. Ancaq dst bildiyimiz bir çox ölkə təəssüf ki, səssiz qalmağa üstünlük verdi. Ona görə də bu hərbi çevriliş cəhdi bir imtahan, demokratiya və çevriliş tərəfdarı olanlar üçün bir seçim oldu. Biz o zaman gerçək dostlarımızı gördük. Bəzi ölkələr susmaqla çevriliş tərəfdarı olduqlarını ortaya qoydular. Bu, təəssüf doğurur”.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 79
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."