Yazı İçi 468×60

“Əvvəllər reket jurnalistlərin üzündən rayonlara gedə bilmirdik. Vicdanlı, peşəkar jurnalistlər həmin reket jurnalistlərə görə xəcalət hissi keçirirdilər. İndi isə reket QHT rəhbərləri peyda olublar. Onlar həyata keçirdikləri layihələrin icra xərclərini tədbir təşkil etdikləri rayonların rəhbərliyinin boynuna qoyurlar”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında QHT Şurasının təşkilatçılığı ilə bu gün Qubada baş tutan “QHT-KİV münasibətləri: Yeni tələblər və əməkdaşlıq modelləri” mövzusunda keçirilən tədbirdə çıxış edən Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) sədri Seymur Verdizadə deyib.

O, bildirib ki, QHT-lərin fəaliyyətinin intensivləşməsi vətəndaş cəmiyyətinin inkişafı üçün mühüm şərtlərdən biridir və QHT Şurasının, o cümlədən digər milli donor qurumlarının bu istiqamətdəki fəaliyyəti alqışlanmalıdır. Verdizadə həmçinin milli donor təşkilatlarını layihələrin icrasına nəzarəti gücləndirməyə çağırıb:

“Tədbir keçirdiyimiz bir sıra rayonların rəhbərliyi bəzi QHT-lərin fəaliyyətindən şikayət edirlər. Elə QHT rəhbərləri var ki, həyata keçirdikləri layihə çərçivəsində foto və videoçəkilişlərin, konfrans zalının icarə haqqını, hətta nahar yeməyinin xərcini də rayon rəhbərliyinin boynuna yükləyirlər. Yəni 3-5 QHT rəhbərinin belə dilənçiliklə məşğul olması bütövlükdə QHT sektorunun imicinə mənfi təsir göstərir.

Buna görə də milli donorlar həmin QHT-ləri müəyyənləşdirib, onları növbəti müsabiqələrdən kənar saxlamalıdırlar. Doğrudur, QHT Şurası bu istiqamətdə müəyyən addımlar atır. Fikrimcə, həmin tədbirlərin gücləndirilməsinə ehtiyac var”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 859
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."