!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Biləsuvarda hesabat yığıncağı keçirildi-Fotolar

!Reklam – Yazi
????????????????????????????????????
????????????????????????????????????

5 avqust 2015-ci il tarixdə Biləsuvar rayonunda 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.

İclasda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin, təşkilatların rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri, ümumtəhsil müəssisələrinin rəhbərləri, ziyalılar və KİV nümayəndələri iştirak etdilər.

İclası giriş sözü ilə açan Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev Biləsuvar rayonunda 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr barədə geniş məruzə edərək bildirdi ki, respublikamızın bütün bölgələrində olduğu kimi, rayonumuzda da son illər, eləcə də 2015-ci ilin birinci yarısında əldə ounmuş iqtisadi göstəricilər yüksək inkişafdan, uğurlardan xəbər verir.

Bildirildi ki, bu dövrdə rayonda ümumi məhsul buraxılışının həcmi 106.7 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 faiz çoxdur. Altı ayda ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 51.5 milyon, ticarətdə 36.2 milyon, tikinti sahəsində 8.0 milyon, sənayedə 9.4 milyon, nəqliyyatda 1.4 milyon, rabitədə 0.2 milyon manat təşkil etmişdir.Ötən ilin müvafiq dövri ilə müqayisədə bütün sahələr üzrə irəliləyişlər əldə olunmuşdur.Əsas kapitala yönələn investisiyalar 8.4 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 99.3 milyon manat təşkil etmişdir. 2015-cü ilin birinci yarısında Biləsuvar rayonunda yerli gəlirlər 8 milyon 29 min manata qarşı 7.7 milyon manat və ya 95.5 faiz yerinə yetirilmişdir.Hesabat dövründə adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1082 manat, orta aylıq əməkhaqqı isə 282.5 manat olmuşdur. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən altı ayda rayonda fəaliyyət göstərən 59 sahibkara 664 min manat kredit verilmişdir. Görülmüş işlər nəticəsində 721 yeni iş yeri açılmışdır.

Hesabat dövründə ailə üzvlərinin sayı 6487 nəfər olmaqla 1279 ailə ünvanlı dövlət sosial yardımı almışdır. Rayon üzrə hər bir ailəyə düşən ünvanlı sosial yardımın məbləğı 160 manat təşkil etmişdir.

2015-ci ilin birinci yarısında rayonda tikinti, abadlıq və quruculuq sahəsində xeyli işlər görülmüş, təmir-tikinti və abadlıq işləri aparılmışdır.Rayonda ümumi şagird tutumu 1310 nəfər olan 3 məktəb üçün yeni binalar inşa olunmuş, 1176 şagird yerlik 1 məktəb isə əsaslı təmir olunmuşdur. Biləsuvar şəhərində müasir tələblərə cavab verən hər biri 100 və 200 yerlik uşaq bağçalarının tikintiləri başa çatdırılmışdır.Hesabat dövründə şəhərin Nizami Gəncəvi və Səməd Vurğun küçələrində təmir işləri aparılmış və yollara 2 km uzunluğunda asfalt qoyulmuşdur.

Hazırda uzunluğu 16,0 km olan Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad və uzunluğu 6,0 km olan Əsgərabad-Muğan avtomobil yollarının, Kənd Təsərrüfatı Nazirliyinin Biləsuvar rayon şöbəsinin, Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinin, Xırmandalı kənd Uşaq bağçası üçün 40 yerlik yeni binanın, Səmədabad kəndində Heydər Əliyev parkının tikintiləri, Mərkəzi rayon Xəstəxanasının və Əskərabad kənd tam orta məktəbinin əsaslı təmiri işləri davam etdirilir.

Əhalinin təbii qazla təmin edilməsi istiqamətində əsaslı işlər görülmüşdür.Bu ilin birinci yarısında rayonun Ağayrı, Günəşli və Nərimankənd kəndlərinin qazlaşdırılması işləri başa çatdırılaraq əhaliyə təbii qaz verilmişdir. Hazırda Səmədabad və Yuxarı Ağalı kəndlərinin qazlaşdırılması işləri tam başa çatdırılmışdır və bir neçə gündən sonra bu kəndlərə təbii qaz veriləcəkdir.Bununla da Biləsuvar rayonunun qazlaşdırılması işi demək olar ki, tam başa çatdırılacaqdır.

Rayonda əhalinin elektrik enerjisi ilə təmin edilməsi və infrastrukturun yenilənməsi istiqamətində son 6 ayda əsaslı işlər görülmüşdür.Rayonun ayrı-ayrı yaşayış məntəqələrində müasir standartlara cavab verən 13 ədəd 0.4 KV-luq yeni transformator quraşdırılmış, şəhər ərazisində və kəndlərdə 98 elektrik dirəkləri yeniləri ilə əvəzlənmiş, 10 km uzunluğunda SİP kabel çəkilmişdir. Xırmandalı kəndinin yeni yaşayış massivində əhalinin normal elektrik enerjisi ilə təmin etmək məqsədilə 300 ədəd elektrik dirəyi basdırılmış və ərazidə yeni elektrik xətləri çəkilmişdir.
Biləsuvar şəhərinin içməli su sisteminin yenidən qurulması istiqamətində işlər başa çatdırılmışdır. Hazırda kanalizasiya sisteminin tikintisi işləri aparılır.

Hesabat dövründə “İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən “Birinci Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində rayonumuzda da ağacəkmə aksiyaları keçirilmişdir. Bu günədək 3500 ədəd çinar və digər ağaclar əkilmiş, əraziyə gübrələr verilərək, suvarma işləri aparılmışdır.Bundan əlavə aksiyada rayonun kəndləri də yaxından iştirak edərək çoxlu sayda ağaclar əkmişlər.

Son illərdə ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər, fermer təsərrüfatlarına ayrılan maliyyə yardımları ərzaq təhlükəsizliyinin təminatında əsaslı rol oynayır. Ölkə Prezidentinin 2015-c ili “Kənd təsərrüfatı ili” elan etməsi ilə bu sahədə qarşıya qoyduğu təxirəsalınmaz tapşırıq və göstərişlərin yerinə yetirilməsi məqsədilə rayonda kənd təsərüfatının bütün sahələrini əhatə edən kompleks tədbirlər planı hazırlanmış və bu istiqamətdə müvafiq tədbirlərin görülməsinə artıq başlanmışdır.

Hesabat dövründə aqrar sahədə ümumi məhsul istehsalının həcmi 51.5 milyon manat təşkil etmişdir ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 14.1 faiz çoxdur. 2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında 22.9 min hektar sahədə dənli bitkilər əkilmişdir ki, bundan 8.2 min hektarını buğda, 14.7 min hektarını isə arpa bitkisi təşkil etmişdir.Əkilmiş taxıl sahələrindən 31.2 min ton buğda və 44.3 min ton arpa məhsulu yığılmışdır.Bu da ötən illə müqayisədə 17.4 faiz çoxdur.

Yazlıq əkinlər üçün 18.9 min hektar əkin aparılmışdır.Əkin sahələrinin fasiləsiz suvarılmasını təmin etmək məqsədilə 6 ayda 716 km suvarma kanalları, 31.2 km isə kollektor-drenaj şəbəkəsi lildən təmizlənmişdir.Bu dövrdə 44.4 min hektardan çox əkilən sahə suvarılmışdır.

Bu dövrdə iri buynuzlu mal-qaranın baş sayı 40.2 min, xırda buynuzlu mal-qaranın baş sayı isə 138.1 min başı ötüb keçmişdir.Ət istehsalı 2.6 min ton, süd istehsalı 13.8 min ton, yumurta istehsalı 6.6 milyon ədəd olmuşdur. Biləsuvar rayonu heyvandarlıq məhsullarına olan tələbatını tam ödəyir.

Hesabat iclasında bildirildi ki, ölkə Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti, Mehriban xanım Əliyevanın Təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdikləri yüksək qayğı və diqqət rayonumuzda da öz müsbət nəticələrini verməkdədir. Son illər rayonumuzda 13 yeni məktəb tikilmiş 6 məktəb yüksək səviyyədə əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Hazırda Əsgərabad kənd tam orta məktəbinin əsaslı təmiri və Xırmandalı kənd uşaq bağçası üçün 40 yerlik yeni binanın tikintisi işləri aparılır.

Builki tədris ilinin sonunda rayonumuzun ümumtəhsil məktəblərini 938 şagird bitirmiş və onlardan 442 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənədlərini vermişlər.

03 noyabr 2014-cü il tarixdən başlayaraq Biləsuvar rayon Heydər Əliyev Mərkəzində müasir Azərbaycan tarixinin XI sinif şagirdlərinə yenidən tədrisinə başlanılmışdır. 30 may 2015-ci il tarixədək davam edən dərslərdə ümumtəhsil məktəbindən 940 şagird dərslərdə iştirak etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonumuzda da 2015-cü ilin fevral ayından etibarən əhalinin yenidən tibbi müayinədən keçirilməsi aksiyasına başlanılmışdır. Bu dövrdə 83 min 375 nəfər rayon sakini tibbi müayinədən keçirilmişdir ki, bunlardan da 1129 nəfəri ambulator, 50 nəfəri isə stasionar mualicəyə cəlb olunmuşdur.Müayinə zamını 49 nəfər müalicə üçün respublikanın digər tibb müəssisələrinə göndərilmişdir.

Gənclərə qayğı və diqqət ölkə Prezidenti cənab İlham Əliyevin ən çox diqqət yetirdiyi əsas məsələlərdəndir. Rayonumuzda da əhalinin təxminən üçdə bir hissəsini təşkil edən gənc nəsil hərtərəfli qayğı ilə əhatə olunmuşdur.
Gənclərin ideya-siyasi, hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi sahəsində müntəzəm olaraq keçirilən məqsədyönlü tədbirlər müsbət nəticələr verir. Gənclərimiz ölkə Prezidenti ətrafında daim sıx birlik nümayiş etdirirlər. 2015-ci ilin birinci yarısında da Biləsuvarlı gənclər rayonumuzda bir sıra respublika və rayon əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə bir daha təsdiq etdilər ki, bu gün savadlı, intellektual səviyyəli, vətənpərvər gənclər yetişir.Bir çox gənclərimiz ayrı-ayrı sahələrə bacarıqla rəhbərlik edirlər.

Hesabat dövründə rayonumuzun gənc idmançıları müxtəlif respublika və zona turnirlərində uğurlu çıxışlar etmişlər.Müasir Olimpiya İdman Kompleksindən, 3000 yerlik stadiondan, 150 sadə idman qurğusundan səmərəli istifadə edən idmançılarımız öz nailiyyətlərini ilbəil möhkəmləndirilər. Hazırda rayonumuzda 5500 nəfərdən çox gənc idmanın müxtəlif növləri ilə müntəzəm məşğul olur.

Hesabat dövründə Biləsuvar rayon İcra Hakimiyyətində vətəndaşların müraciətlərinə baxılması və bu sahədə işin təkmilləşdirilməsi istiqamətində bir sıra ardıcıl tədbirlər həyata keçirilmişdir. İcra Hakimiyyətində 01 aprel 2015-ci il tarixdən Elektron Hökumət portalı yaradılmış, vətəndaşların elektron formada rayon İcra Hakimiyyəti başçısının, onun müavinlərinin və şöbə müdirlərinin qəbuluna yazılmaq imkanı təmin edilmişdir.

01 iyul 2015-ci il tarixdən isə təsisçi-administratoru Prezident Administrasiyası olan vətəndaş müraciətlərinə dair elektron informasiya sistemi istifadəyə verilmişdir.Sistem vasitəsilə daxil olan müraciətlər, xidməti sənədlər, o cümlədən şifahi müraciətlər qeydiyyata alınır, kateqoriyalara bölünərək qruplaşdırılır, icrası nəzarətdə saxlanılır. Bu sistemin tətbiq olunması rayon İcra Hakimiyyətində sənədlərlə işin təşkilinə daha yaxşı nəzarət edilməsinə kömək edir.

Sonra rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev rayonda görülən işlərlə bağlı öz fikirlərini bildirdi, ayrı-ayrı sahələr üzrə yaranan problemlərin həlli barədə aidiyyəti şəxslərə öz tövsiyyələrini verdi.

M.Quliyev Biləsuvarlılar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin etdi ki,Biləsuvarlılar həmişə olduğu kimi ölkə rəhbərinin yüksək diqqət və qayğısına minnətdarlıqla yanaşaraq, respublikamızın hərtərəfli inkişafı, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi kimi müqəddəs işə bundan sonra da öz layiqli töhfələrini verəcəklər.

Hesabat iclasında Biləsuvar rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov, Maliyyə İdarəsinin rəisi Eldar Təhməzov, DSMF-nın rayon şöbəsinin müdiri Fərasim Əliyev,Telekommunukasiya Qovşağının rəisi Ilkin Ağayev və digərləri çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə məlumat verdilər və qarşıda duran vəzifələr müzakirə olundu.

Tədbirin sonunda rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər inzibati dairəsi üzrə icra nümayəndəsi Qabil Xammədova Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2015-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırova rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə, gənclərlə iş və idman sahəsində fəal iştirakına görə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı təqdim olundu.

www.yenicag.az

1096
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv