Biləsuvarda Qadın Resurs Mərkəzi açıldı

Müəllif: Redaktor

Editor

148111192937934541_1000x669Bu gün Biləsuvarda Avropa İttifaqının (Aİ) və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (BMTİP) maliyyə dəstəyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti ilə birgə həyata keçirdiyi layihənin bir hissəsi kimi yeni “Qadın Resurs Mərkəzi” açılıb.

BMTİP-dən Yeniçağ.az-a verilən məlumata görə, Biləsuvar Qadın Resurs Mərkəzinin açılışı bu layihə çərçivəsində ilk nəticədir. Bu mərkəzin məqsədi qadınların sosial həyatda aktiv iştirakını gücləndirməyə kömək etməkdən ibarətdir. Bu mərkəz qadınların iqtisadi və sosial təşəbbüslərini planlaşdırmaq və əlaqələndirmək, eləcə də bacarıqlarının inkişafı, sahibkarlıq fəaliyyəti, peşə təhsili və özünü təqdimat üzrə müxtəlif imkanlarla təmin etmək üçün ictimai platforma kimi fəaliyyət göstərəcək.

İcra Hakimiyyətinin başçısı Mahir Quliyev Qadın Resurs Mərkəzinin həm Biləsuvar, həm də ətraf kəndlərdə qadınlara dəstəkdə əhəmiyyətini vurğulayıb: “Bu günə qədər Qadın Resurs Mərkəzləri 416 qadını özündə səfərbər edib, 350-dən çox qadın üçün təlim təşkil edib, qadınlar tərəfindən idarə olunan 50-dən çox biznesə başlamaqda və inkişafında yardım edib, eləcə də gender məsələləri və zorakılıqla bağlı maarifləndirmə kampaniyasında 450-dən artıq uşaq, qadın və kişini məlumatlandırıb”.

Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova bu tərəfdaşlığı davam etdirmək və gücləndirmək və ölkə daxilində belə dəstək mərkəzlərinin açılması istəyini bildirib.

BMTİP Rezident nümayəndəsi Qulam İshaqzai Biləsuvar və digər regionlarda belə mərkəzlərin beynəlxalq kampaniyaların vaxt hüdudlarından kənarda gender əsaslı zorakılığın mənfi təsirləri haqqında maarifləndirmənin yerli səviyyədə aparmaqda yardım edəcəyinə ümidvar olduğunu bildirib.

“Bu qadınların cəmiyyətin aktiv üzvü kimi mühüm rolunun təşviq olunmasında və müxtəlif sahələrdə qadın iştırakının layiqli dəstəklənməsi imkanlarının artırılmasına kömək edəcəkdir” – xanım Malena Mard, Avropa İttifaqının səfiri açılış mərasimi zamanı öz nitqində vurğulayıb.

Yeniçağ.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır