!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Biləsuvarın icra başçısı hesabat verdi – Foto

!Reklam – Yazi

????????????????????????????????????

23 fevral 2016-cı il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar rayonunda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.

İclasda Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Habil Əzənmədov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, rayonun iş adamları, ağsaqqqallar, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdi.

Hesabat iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyatət edib, əziz xatirəsinə gül dəstələri qoydular. Sonra rayonun sosial-iqtisadi, mədəni və aqrar sahədəki inkişafını əks etdirən sərgiyə və rayon sakinləri üçün təşkil edilmiş ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkasına baxış keçirildi.

Yığıncaqda geniş məruzə ilə çıxış edən Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev ötən 2015-ci ildə rayonda bütün sahələr üzrə görülən işlər barədə ətraflı məlumat verdi.

M.Quliyev bildirdi ki, hesabat dövründə rayonumuzda ümumi məhsul buraxılışının həcmi 214.8 milyon manat olmuşdur. Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 2170 manat, orta aylıq əmək haqqı isə 289 manat təşkil etmişdir.Ötən il əhalinin gəlirləri 277.6 milyon manat, adambaşına düşən gəlirlərin həcmi isə 282.3 manat olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə yeni sənaye müəssisələrinin yaradılması, iş yerlərinin açılması və əhalinin məşğulluqunun təmin edilməsi barədə tapşırıq və tövsiyyələrinə uyğun olaraq Biləsuvar rayonunda da sənaye məhəlləsinin yaradılması istiqamətində işlər görülmüş, bu məqsədilə 10 hektar torpaq sahəsi ayrılmışdır. Sənaye məhəllələrində ayrı-ayrı sahələr üzrə emal sexlərinin, zavod və fabriklərin yaradılması qarşıya başlıca məqsəd kimi qoyulmuşdur. Son illərdə rayonumuzda kənd təsərrüfatı təyinatlı bir necə istehsal və emal müəsissələri yaradılmışdır.Bunlardan “Azərsun” Holdinqin “Natural Green Land” konservi zavodu,”Biləsuvar Aqro” MMC süd zavodu, “Aqromaster” MMC kənd təsətrrüfatım məhsulları istehsalı, “MNK” narçılıq təsərrüfatı və s göstərmək olar.

Biləsuvar rayon İcra Hakimiyyətində sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı müvafiq sərəncamla 30 nəfərdən ibarət xüsusi qərargah yaradılmış, operativliyi təmin etmək məqsədilə qaynar xətt xidməti təşkil edilmişdir. Biləsuvar rayon İcra Hakimiyyətinin Apellyasiya Şurası və Apellyasiya Şurasının Katibliyi yaradılmışdır.

Keçirilən iclaslarda sahibkarlar tərəfindən 50 hektar sahədə kompleks heyvandarlıq təsərrüfatının yaradılması, 100 nəfərlik 3 ulduzlu otel tikintisini, çörəkbişirmə sexlərinin genişləndirilməsini, kollektiv təsərrüfatlarının yaradılması, yerüstü drenaj sisteminin qurulması, 1000 başlıq qoyunçuluq fermasının yaradılması, bəzi kənd təsərrüfatı texnikalarının alınmasına köməklik olunması, güzəştli şərtlərlə satılan gübrə və dərman preparatlarının normasının artırılması, rayonda çəltikçilik sahəsinin yaradılması kimi təkliflər vermişlər. Heç şübhəsiz bu tədbirlərin reallaşması nəticəsində rayonumuzun iqtisadi-sənaye potensialı daha da güclənəcək, rayon sakinlərinin məşğulluq probleminin həllində əhəmiyyətli rol oynayacaqdır.

Rayonda sahibkarlığın inkişafına kömək məqsədilə il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 104 sahibkarlıq subyektinə 1.2 milyon manat kredit verilmişdir. 3 dekabr 2015-ci il tarixdə rayonda Sahibkarlığa Kömək Milli Fondu ilə birgə “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ölkəmizdə məşğulluğun təmin edilməsi və yeni iş yerlərinin yaradılması haqqında verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq bu ilin yanvar-fevral ayları ərzində ayrı-ayrı sahələr üzrə 400-ə yaxın əlavə iş yerləri açılmış, rayon sakinləri işlə təmin olunmuşlar.

Ötən il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 13 min nəfər əhalinin yaşadığı, 6 yaşayış məntəqəsini birləşdirən 16 km uzunluğunda Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisi başa çatdırılmış, 10,0 min nəfər əhalinin yaşadığı, 4 yaşayış məntəqəsini birləşdirən uzunluğu 6,0 km olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi isə davam etdirilərək yolun 2,5 km-də asfalt örtük tikilmişdir.Hazırda yolun asfaltlaşdırılması işləri aparılır. Bundan əlavə şəhərin Nizami Gəncəvi və Səməd Vurğun küçələrində yol təmiri işləri aparılmış və yollara 2 km uzunluğunda asfalt örtük qoyulmuşdur.

Hesabat dövründə Biləsuvar şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tələblərə cavab verən hər biri 100 və 200 yerlik 2 uşaq bağçasının tikintiləri başa çatdırılaraq istifadəyə verilmişdir.

Hazırda Kənd Təsərrüfatı Nazirliyinin, Elektrik şəbəkəsinin, Mərkəzi rayon xəstəxanasın və Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbələrinin, Xırmandalı kənd Uşaq bağçası üçün 40 yerlik yeni binanın, Səmədabad kəndində Heydər Əliyev parkının tikintiləri, Əsgərabad kənd tam orta məktəbin əsaslı təmiri işləri davam etdirilir.

Biləsuvar şəhərinin içməli su sisteminin yenidən qurulması istiqamətində işlər başa çatdırılmışdır.
Ötən dövr ərzində rayonda əhalinin təbii qazla təmin edilməsi istiqamətində əsaslı işlər görülərək bütün yaşayış məntəqələri 100 faiz təbii qazla təmin edilmişdir. Rayonda əhalinin elektrik enerjisi ilə təmin edilməsi və infrastrukturun yenilənməsi istiqamətində ötən 2015-ci ildə əsaslı işlər görülmüşdür.Rayonun ayrı-ayrı yaşayış məntəqələrində müasir standartlara cavab verən 21 ədəd yeni transformator quraşdırılaraq ərazisi abadlaşdırılmışdır. 1157 ədəd dəmir elektrik dirəkləri quraşdırılmış, 26 km SİP kabel çəkilmişdir. 25 ədəd müxtəlif kilovoltluq elekrtik transformatoru, 7.1 km hava verlişi xətləri cari təmir edilmişdir.

Ötən il “İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən “Birinci Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində rayonumuzda da ağacəkmə aksiyaları keçirilmiş və 3500 ədəd çinar və digər ağaclar əkilmişdir.

2015-ci ilin noyabr ayında “ASAN” xidmət rayonumuzun əhalisinə də öz köməkliyini göstərərək 15 gün ərzində səyyar formada fəaliyyət göstərdi.Bu müddətdə 2436 nəfər biləsuvarlı ayrı-ayrı sahələr üzrə xidmətin fəaliyyətindən istifadə etmişdir.

Biləsuvar rayonu respublikamızın inkişaf etmiş kənd təsərrüfatı rayonu olmaqla, rayonun iqtisadiyyatında kənd təsərrüfatı məhsulları istehsalından gələn gəlirlər başlıca yer tutur.
Ötən il rayon üzrə 41,8 min hektar sahədə mülkiyyətçilər tərəfindən kənd təsərrüfatı bitkilərinin əkini aparılmışdır. 2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında 22,8 min hektar payızlıq dənli bitkilər əkilmişdir ki, bu qədər sahədən 75,8 min ton taxıl məhsulu istehsal edilmişdir.
Yazlıq bitkilər üçün 18,9 min hektar sahədə əkin aparılmışdır. Hesabat ilində pambıq sahələrindən 6362 ton məhsul istehsal edilmişdir. Ötən il iri buynuzlu mal-qara 40,3 min başa, xırdabuynuzlu mal-qara isə 138,2 min başa çatdırılmışdır.

Respublika Prezidentinin tapşırığı ilə 2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilməsi aqrar sahənin inkişafında əhəmiyyətli rol oynamışdır. 28 yanvar 2016-cı ildə rayonda pambıqçılığın inkişafı ilə bağlı kənd təsərrüfatı mütəxəssisləri və mülkiyyətçilərlə görüş keçirilmiş və qərara alınmışdır ki, yaranmış yeni şəraitdə pambıq istehsalının genişləndirilməsinə nail olunsun.
Son illər rayonumuzda 13 yeni məktəb tikilmiş 6 məktəb yüksək səviyyədə əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Ötən tədris ilində rayonumuzun ümumtəhsil məktəblərini 986 məzun bitirmiş, onlardan 922 nəfəri attestat almışdır. Məzunlarımızdan 205 nəfəri test imtahanlarından uğurla çıxaraq tələbə adını qazanmışlar. Onlardan 21 nəfəri 600-dən, 59 nəfəri isə 500-dən yuxarı bal toplamağa müvəffəq olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2015-ci ildə əhalinin tibbi müayinədən keçirilməsi aparılmış, bu kompaniya uğurla başa çatmışdır. 83.375 nəfər tibbi müayinədən keçmişdir ki, bu da rayon əhalisinin 88,3 %-ni təşkil edir. Bu ilin fevral ayının 15-dən əhalinin növbəti tibbi müayinədən keçirilməsinə başlanılmışdır.

2015-ci il rayonumuz üçün həm də Biləsuvarın 85 illik yubileyi ilə əlamətdar olmuşdur. Rayonumuzun inzibati ərazi vahidi kimi yaranmasının 85 illiyi çox böyük təntənə ilə qeyd olunmuş, rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə hazırlanmış “Biləsuvar 85” kitabı rayon əhalisi tərəfindən razılıqla qarşılanmışdır.

Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nigah mərasimlərinin təntənəli keçirilməsi artıq ənənəyə çevrilmişdir. İndiyədək Mərkəzdə 300-dən çox təntənəli nigah qeydə alınmışdır.
Rayonumuzda əhalinin üçdə bir hissəsini təşkil edən gənc nəslin ideya-siyasi və hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi də hesabat dövründə ən çox diqqət yetirilən sahələrdən biri olmuşdur. Rayonda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi daim diqqət mərkəzində saxlanılır.Respublika Prezidentinin təşəbbüsü ilə “Ölkəmizi tanıyaq” devizi altında həyata keçirilən ekskursiya turunda rayonumuzun ümumtəhsil məktəblərinin 40 nəfər şagirdi Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə səyahətdən razılıqla qayıtmış, bölgənin tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olmuşlar.
Rayonumuzda idmanın kütləviliyinin artırılması məqsədilə idmanın 12 növü üzrə klublar, işçi və məşqçi-müəllim qrupları yaradılmışdır.Son illər idmançılarımız müxtəlif mötəbər yarışlarda 42 qızıl, 23 gümüş, 26 bürünc medallar qazanmışlar.

Məlum olduğu kimi, 2015-ci ilin iyun ayında Azərbaycanda ilk Avropa oyunları keçirilmişdir. Rayonumuzun gəncləri ötən il may ayının 3-də baş tutan festivalın “Məşəl yürüşü”ndə də ruh yüksəkliyi və mütəşəkkillik nümayiş etdirmişlər.

Respublika Prezidenti cənab İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan etmiş, bu barədə xüsusi Sərəncam imzalamışdır. Əsrlər boyu müxtəlif xalqların və dinlərin nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq şəraitində yaşamışlar. Bu gün də multikulturalizmlə bağlı meyillərin gücləndirilməsi üçün ölkəmizdə bütün zəruri tədbirlər həyata keçirilir.
Rayonda çıxan “Məhsul” və “Region-press” qəzetləri rayonun sosial-iqtisadi və mədəni inkişafını, milli- mənəvi dəyərlərin təbliğini müntəzəm işıqlandırır.

01 aprel 2015-ci il tarixdən rayon İcra Hakimiyyəti başçısı aparatında Elektron Hökumət portalı yaradılmış, vətəndaşların elektron formada rayon İcra Hakimiyyəti başçısının, onun müavinlərinin və şöbə müdirlərinin qəbuluna yazılmaq imkanı təmin edilmişdir.

Biləsuvar rayon İcra Hakimiyyəti başçısı aparatına 2015-ci il ərzində 1296 müraciət daxil olmuşdur ki, bunlardan 387 ədədini Azərbaycan Respublikası Prezidenti Administrasiyasından, 26 ədədini Milli Məclisdən, 38 ədədini Azərbaycan Respublikası Nazirlər Kabinetindən, 93 ədədini respublikanın digər mərkəzi orqanlarından, 751 ədədini vətəndaşlar tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə ünvanlanan müraciətlər təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi müraciətlərin sayı 234 ədəd, Azərbaycan Respublikası Prezidenti Administrasiyasından daxil olan 128 ədəd, Nazirlər Kabinetindən 13 ədəd vətəndaşlar tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə daxil olan müraciətlərin sayı 107 ədəd azalmışdır.

Dövlətimizin siyasi kursunun həyata keçirilməsində və quruculuq proseslərində yaxından iştirak edən rayonun hüquq-mühafizə orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai təhükəsizliyin təmini və ictimai qaydanın qorunması sahəsində əvvəlki illərlə müqayisədə 2015-ci ildə irəliləyişlər əldə olunmuşdur. Ümumilikdə 211 cinayət hadisəsi qeydə alınmışdır.

Əvvəlki illərdə olduğu kimi 2015-ci ildə də yerlərdə səyyar görüş-qəbulların mütəşəkkil qaydada keçirilməsi və qaldırılan məsələlərin əksəriyyətinin icrası əsasən təmin edilmişdir.
“Bir bələdiyyə azı bir layihə” təşəbbüsündə iştirak edən rayon bələdiyyələri 2015-ci ildə 35 layihə həyata keçirmişdir.

Çıxışının sonunda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bildirdi ki, “Ölkə Prezidenti cənab İlham Əliyev yekun nitqində qarşıdakı hədəfləri açıqlayaraq bundan sonra da ölkəmizdə əsas sosial layihələrinin icrasının davam etdiriləcəyini, investisiyaların ölkəmiz üçün prioritet təşkil edən sektorlara yönəldilməsi, sahibkarlığın inkişafına dəstəyin artırılması, ərzaq təhlükəsizliyinin təmin olunması, yeni iş yerlərinin açılması və əhali məşğulluğunun təmin edilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq Biz Biləsuvarlılar da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edirik ki, Respublikamızın hər yerində olduğu kimi Biləsuvar rayonunda da 2015-ci ili layiqli nəticələrlə başa vurmaqdan ötrü daha böyük əzmlə çalışacağıq” .

Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin Аdministrаsiyаsının məsul işçisi Habil Əzənmədov çıхış еdərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rеspublikаmızda ötən 2015-ci ildə görülən işlər barədə ətraflı məlumat verdi, cənab Prezidentin tapşırıq və tövsiyyələrinə uyğun olaraq ölkəmizin inkişafı ilə bağlı qarşıya qoyulan hədəfləri açıqladı.

Hesabat iclasında Biləsuvar rayon Maliyyə idarəsinin rəisi Eldar Təhməzov, Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayev, Biləsuvar rayon ƏSMM-nin müdir əvəzi Nazim Məmmədov, “Azərsun” Kənd Təsərrüfatı Məhsulları İstehsalat Müəssisəsinin rəhbəri Dəniz Vural və digərləri çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə ətraflı məlumat verdilər və qarşıda duran vəzifələr müzakirə olundu.

www.yenicag.az

780
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv