Bilik günü Biləsuvarda qeyd edildi

Müəllif: Redaktor

Editor

2(279)15 Sentyabr – Bilik günü münasibəti ilə rayonun bütün ümumtəhsil ocaqlarında tədbirlər keçirildi. Biləsuvar rayon İsmətli kənd tam orta məktəbində təşkil olunmuş Bilik günü tədbirində rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, məktəbin müəllim və şagird kollektivi, valideynlər və kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ağamməd ibayev məktəb haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Məhz Ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə olan diqqəti və qayğısının nəticəsidir ki, bu gün biz müəllimlər və şagirdlər ən müasir tələblərə cavab verən məktəbdə fəaliyyət göstəririk.Məktəbdə müəllim və şagirdlərimiz üçün bütün şərait yaradılmışdır. Ağamməd İbayev məktəbin nəticələri barədə məlumat verdikdən sonra kollektiv adından qonaqları əmin etdi ki, əvvəlki ənənələrinə sadiq qalaraq məktəbimiz bundan sonra da bütün qüvvəsi ilə çalışaraq cəmiyyətimiz üçün əsl vətənpərvər və savadlı kadrlar yetişdirəcəkdir.

Sonra Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək bütün təhsil işçilərini, müəllimləri, şagirdləri və valideynləri Yeni tədris ilinin başlanması və Bilik günü münasibətilə təbrik etdi, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı.M.Quliyev bildirdi ki, Ölkə Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti, Mehriban xanım Əliyevanın Təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdikləri yüksək qayğı və diqqət rayonumuzda da öz müsbət nəticələrini verir. Son illər rayonumuzda 13 yeni məktəb tikilmiş 6 məktəb yüksək səviyyədə əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Təhsil ocaqlarının maddi-texniki bazası hər il yenilənir, informasiya kommunikasiya texnologiyaları ilə təminat yaxşılaşdırılır.Görülən bu işlər müəllimlərimizin rahat və gözəl binalarda işləmələrinə, şagirdlərimizin isə gözəl məktəblərdə dərs keçmələrinə yaradılan şəraitdir. Məhz bu qayğının məntiqi nəticəsi olaraq hər bir müəllim üzərlərinə düşən vəzifələri layiqincə icra etməli, hər bir şagird elmə, təhsilə mükəmməl yiyələnməlidir.Şagirdlər həyata hərtərəfli yetişkin, vətənpərvər, savadlı gənclər kimi hazırlanmalıdır.Bu sahədə müəllimlərimizin üzərlərinə böyük yük düşür.
Kənd ağsaqqalı, məktəbin şagirdləri və digərləri çıxış edərək yeni dərs ili və 15 sentyabr bilik günü münasibətilə müəllim və şagirdləri təbrik edərək onlara ən xoş arzularını bildirdilər.

Sonra şagirdlərin ifalarında rəqslər nümayiş olundu və birincilərin hazırladıqları kompazisiya söylənildi.
Sonda yeni tədris ilinin başlandığını bildirən ilk zəng çalındı və sinif otaqlarına baxış keçirildi.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır