Bill Klinton baba olub

Bill Klinton baba olub

Müəllif: Manager

Baş Redaktor

7467ABŞ-ın sabiq prezidenti Bill Klinton və xanımı Hilari Klinton (sabiq ABŞ dövlət katibi, senator və birinci xanım) baba və nənə olublar.

Klinton ailəsinin qızı Çelsinin birinci qız uşağı dünyaya gəlib. Ötən gün dünyaya gəlmiş körpə və ananın səhhətində heç bir problem olmadığı bildirilib.

Gənc ana Twitter hesabından qızına qoyulacaq adı da açıqlayıb. Yenicə dünyaya gəlmiş qızcığaza Şarlotta adı veriləcək.

Qeyd edək ki, Çelsi Klinton 2010-cu ildə biznesmen Marka Mezvinski ilə ailə həyatı qurub. (anspress.com)

Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti