Yazı İçi 468×60

06_242cvcxxBakıda beşmərtəbəli binada partlayış olub.
Yenicag aznews-a istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində sahibi məlum olmayan ümumi sahəsi 50 kv.m olan iki otaqlı mənzildə yanğınla nəticələnən partalyış baş verib. Nəticədə 1 otağın yanar konstruksiyaları və ev əşyaları 16 kv.m, eyvanın yanar konstruksiyaları 4 kv.m sahədə (ümumi 20 kv.m) yanıb, partlayışın təsirindən mənzilin pəncərə şüşələri dağılıb. Yanğın zamanı mənzildə yaşayan 5 nəfər müxtəlif yanıq xəsarətləri ilə təcili tibbi yardım tərəfindən Mərkəzi Yanıq xəstəxanasına aparılıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 01:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 18
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."