www.sinerjipro.net

SinerjiProWide
Reklam

istilik_sistemiAzərbaycanda binaların istilik təchizatı ilə bağlı bir sıra məhdudiyyətlər tətbiq ediləcək.

Yenicag.az Trendə istinadən xəbər verir ki, yeni hazırlanan “Avtonom istilik təchizatı mənbələrinin layihələndirilməsi” adlı yeni normativ akta görə, çoxmənzilli yaşayış binalarının daxilində qazanxanaların yerləşdirilməsinə yol verilməyəcək.

Qazanxanaların yaşayış binalarına bitişik və onların damında yerləşdirilməsinə icazə veriləcək. Bu halda qazanxanaların suyun temperaturunu 115°С-yə qədər olan suqızdırıcı qazanlardan istifadə etməsi və istilik gücünün 3 MVt-dan çox olmaması lazım olacaq.

Dam qazanxanalarının yaşayış sahələrinin bilavasitə örtüklərinin üstündə olmasına icazə verilməyəcək. Başqa sözlə, yaşayış sahəsinin örtüyü qazanxananın döşəməsi üçün əsas ola bilməz, dam qazanxanası tikilən binanın divarı qazanxananın divarı ola bilməz.

Məktəbəqədər uşaq və məktəb müəssisələrinin binalarına, xəstəxana və poliklinikaların korpuslarına, sanatoriya və istirahət müəssisələrinin yataq korpuslarına bitişik, onların daxilində və damında qazanxanaların layihələndirilməsinə yol verilmir.

İstənilən təyinatlı binalarda 26,5 m hündürlükdən yüksəkdə dam qazanxanasının yerləşdirilməsi Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmalıdır.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 59
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."