“Binə” çökür, sahibkarlar “Sədərək”ə üz tutur

“Binə” çökür, sahibkarlar “Sədərək”ə üz tutur

Müəllif: Redaktor

Baş Redaktor

204665_467881Sahibkar: ““Sədərək”də yerhaqqı 50 faiz ucuzdur, malımız, obyektimiz üçün təhlükə yoxdur, buradaki qiymətlər alıcılara da sərf edir”

Son 2-3 ayda “Binə” ticarət mərkəzindəki mağazaların 50 faizdən çoxu qapadılıb. Buna səbəb ticarət mərkəzinin rəhbərliyinin iş adamlarına qarşı apardığı soyğunçuluqdur. Bu barədə müsavat.com-a danışan ticarətçi Turxan Veyisov deyir ki, “Binə”də alver etmək artıq mümkünsüz bir işə çevrilib:

“Ölkədə maliyyə problemləri başlayandan sonra ”Binə” rəhbərliyi yerhaqqını və digər ödənişləri azaltmaq əvəzinə günbəgün artırır. Bu səbəbdən sahibkarlar icarəyə götürdükləri mağazaları təhvil verib oradan çıxırlar. Orada mağazanı birdəfəlik almış iş adamları isə mülklərini satırlar. Faktiki olaraq “Binə”də sıraların beşində alver tam dayanıb, bütün mağazalar bağlıdır. Qalan 6 sıradakı mağazaların isə yarıdan çoxu ticarət mərkəzinin rəhbərliyinin və onların yaxın adamlarınındır. Burada daha çox Kəbirə Məmmədovanın yaxın adamlarının ölkəyə gətirdikləri mallar satılır. Onlar da qiymətləri azı 30-40 faiz qaldırıblar. Faktiki olaraq “Binə”də qiymətlər şəhərin mərkəzindəki mağazalarla eynidir”.

Sahibkar bildirdi ki, “Binə”nin rəhbərliyi sahibkarları soymaqla məşğuldur: “Buna görə də biz sahibkarlar ”Sədərək” ticarət mərkəzinə üz tutmağa qərar vermişik. Son 5-6 ay ərzində yüzlərlə iş adamı “Binə”ni tərk edərək “Sədərək”ə gəlib, oradan yer götürüb. Xüsusilə ayaqqabı və parça, məişət texnikası satışı ilə məşğul olan ticarətçilər “Binə”dən kütləvi şəkildə köç edərək bura gəlirlər. Səbəb odur ki, “Sədərək”in rəhbərliyi yaranmış vəziyyəti, sahibkarların çətinliyini nəzərə alaraq, bura işləməyə gələn ticarətçilərə böyük güzəştlər edir. Hazırda “Sədərək”də ötən illə müqayisədə bu il 50 faiz endirimlə mağazalar satılır, icarəyə verilir. Hətta durumu pis olan sahibkarlardan müəyyən müddət – alveri güclənənə, özünü düzəldənə qədər yerhaqqı alınmır. Yerhaqqı da burada 50 faiz ucuzdur. Bundan başqa, “Sədərək”də ticarətçilər özlərini arxayın hiss edirlər.

“Binə”ni ildə bir dəfə yandırırdılar, orada yanğın təhlükəsizliyi belə yox idi. “Sədərək”də isə yanğınsöndürən maşınlar var, yanğın zamanı sıralara maşınların girməsi üçün yer qoyulub, həmçinin, bura yanğın şitləri, həmçinin yanğın siqnalizasiyaları ilə təmin edilib. Bütün sıralarda yüksək təzyiqli su xətlərinə yanğın şlanqlar birləşdirilib. Mühafizə güclü təşkil olunub, oğurluq halları demək olar yoxdur. Bunları gəzib biz-bir gözlərimizlə görmüşük. Burada malımızın, obyektimizin qorunması üçün lazım olan şərait yaradılıb. Həmçinin “Binə”dən fərqli olaraq “Sədərək”də inanclı insanlar üçün məscid də tikilib. Ona görə də sahibkarlar “Sədərək”ə axın edir. Buradaki qiymətlər alıcılara da sərf edir. Ən azı 20 faiz ucuzdur burada qiymətlər”.

Cəmiyyət, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti