Yazı İçi 468×60

173919_srcBakının Binə qəsəbəsində subasma hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənovun APA-ya verdiyi məlumata görə, Binə qəsəbəsində “Bakavtomat” zavodunun yaxınlığında qrunt sularının səviyyəsi qalxıb, nəticədə torpaq sahələri, onlarla evin həyətyanı sahəsi və zirzəmiləri su ilə dolub.

“Son aylar yağan intensiv yağışlardan sonra qrunt sularının səviyyəsinin qalxması və ətraf ərazilərin su ilə basılması müşahidə olunub. Ərazidə drenaj-kanalizasiya sistemi olmadığından bu hadisə baş verib. Elə yer var ki, suyun hündürlüyü yer səthindən təxminən 25-30 sm-ə qalxıb. Onlarla ev suyun içində qalıb”, – deyə R. Həsənov qeyd edib.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 62
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."