www.sinerjipro.net

SinerjiProWide
Reklam

9ee2115766cb5f2c6ff32729bd0c34b2“Hərbi çevriliş cəhdi nəticəsində 208 şəhidimiz var. Bunlardan 60-ı polis, 3-ü hərbçi, 145-i isə mülki qəhrəmanlardır”.

APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, bu sözləri keçirdiyi mətbuat konfransında Türkiyənin baş naziri Binəli Yıldırım deyib. O, yaralıların sayının 1491 nəfər olduğunu söyləyib. Çevrilişə cəhd edənlərdən isə 24-ü öldürülüb, 50-si yaralanıb. Saxlanılan şəxslərin sayı 7271-dir.

B. Yıldırım ordu komandanlığının vəzifəsinin başında olduğunu söyləyib: “Vəziyyət nəzarət altına alınıb. Həm hərbi, həm də polis qüvvələrimiz gecə-gündüz vəzifələrini icra edirlər. Parlament sabahdan etibarən normal fəaliyyətini davam etdirəcək” .

Baş nazir konkret ad çəkməsə də, çevriliş cəhdinin arxasında Fətullah Gülənin dayandığına işarə edib: “Bunu edən tam bəllidir. Kainat imamı dedikləri şəxs “bizim xəbərimiz yoxdur, hökumət oyun oynayır” desə də, cümlə aləm həqiqəti bilir. Saxlanılan şəxslər bu işin adresinin hara olduğu çox aydın göstərir”.

B. Yıldırım əhalini orduya pis gözlə baxmamağa da çağırıb: “Bu qurumlarımızın etibarını qorumalıyıq”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 52
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."