!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Binəli Yıldırım: "Avropa Türkiyəni çətin vəziyyətdə qoymaq üçün..."

!Reklam – Yazi

Türkiyənin baş naziri Binəli Yıldırım Avropa-Türkiyə münasibətləri barədə danışıb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir Türkiyə-Macaristan biznes forumunda çıxış edib:

“Türkiyə yeganə ölkədir ki, Avropa İttifaqı ilə tam üzvlük müzakirələri aparır, lakin viza məsələsində onun vətəndaşlarına heç bir güzəşt olunmur. Düşünürəm ki, bu Avropa İttifaqının ayıbıdır. Çünki hələ müzakirələrə başlamadığı ölkələrə qarşı viza məsələsində müəyyən güzəştlərə gedən Avropa, 40 ildən çoxdur ki, tam üzvlük müzakirələrini davam etdirən Türkiyəyə çətinlik yaratmaq üçün əlindən gələni edir.”

Binəli Yıldırım qeyd edib ki, Türkiyə strateji mövqe baxımından da sadəcə, Balkan bölgəsini yox, həm də Avropa Birliyinin təhlükəsizliyini təmin edən bir ölkədir:

“Xüsusilə də Yaxın Şərqdə baş verən problemlər bu gün Avropaya sirayət etmirsə, bunun səbəbi Türkiyənin regionı nəzarət altında saxlaması və miqrant axınının qarşısını almasıdır. Ancaq deyə bilmərik ki, avropalı dostlarımız bizi layiqincə təqdir edir”.

Yenicag.Az

www.yenicag.az

931
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv