Binəli Yıldırım Bakıda – Foto

Binəli Yıldırım Bakıda – Foto

Müəllif: Redaktor

Baş Redaktor

bineli44Türkiyənin Baş naziri Binəli Yıldırım Bakıya gəlib.

AzNews.az “TRT Haber”ə istinadən xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında B.Yıldırımı Azərbaycanın baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Binəli Yıldırım iki gün davam edəcək səfər çərçivəsində prezident İlham Əliyev, baş nazir Artur Rasizadə və Milli Məclisin spikeri Oqtay Əsədovla görüşəcək. Görüşlərdə Türkiyə-Azərbaycan münasibətləri, Dağlıq Qarabağ problemi, regiondakı və beynəlxalq hadisələr müzakirə olunacaq.

Binəli Yıldırım həmçinin, mərhum prezident Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türkiyə Şəhidliyini ziyarət edəcək.

Gündəm, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti