!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Binəli Yıldırım Bakıya gəlir

!Reklam – Yazi

binali_yildirim_meydanlari_bosaltmayin_Avqustun 25-də SOCAR-ın Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayevlə “Türkiyə Petrolleri A.O” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saliha Dündarın görüşü olub.

Görüşdə Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin növbəti qurultayının bu ilin oktyabrında Bakıda keçiriləcəyi haqqında SOCAR prezidentinə məlumat verilmiş, bildirilmişdir ki, bu ilki qurultay Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunacaq. Türk Dünyası Mühəndislər və Memarlar Birliyi 2016-cı ili Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi ili elan edib.

“Energetika və nəqliyyatda meqa-layihələr” adı altında təşkil olunacaq bu mötəbər tədbirin açılışında və işində Türkiyə Cumhuriyyətinin baş baziri Binəli Yıldırımın iştirak edəcəyi qeyd olunub.

Təşkilat Komitəsi tərəfindən SOCAR prezidenti Rövnəq Abdullayevi Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin fəxri üzvü kimi qurultaya dəvət etmək haqqında qərar qəbul olunduğu bildirilib. “Türkiyə Petrolleri A.O” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saliha Dündar Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi İlyas Demirçinin imzaladığı dəvətnaməni SOCAR prezidenti Rövnəq Abdullayevə təqdim edib.

Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin növbəti qurultayının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmasını və Bakıda keçirilməsini yüksək qiymətləndirən SOCAR prezidenti Rövnəq Abdullayev qurultayın fəxri nümayəndəsi statusuna layiq görüldüyü üçün təşəkkürünü bildirib.

 

www.yenicag.az

496
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv