www.sinerjipro.net

SinerjiProWide
Reklam

Türkiyənin baş naziri Binəli Yıldırım erkən seçkilər və hakim partiyanın növbədənkənar qurultayının keçirilməsinə aydınlıq gətirib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir Binəli Yıldırım “Bloomberg International”a müsahibəsində hakim AKP-nin növbədənkənar qurultayının keçirilməsinin mümkünlüyü haqda bunları deyib:

“Bizim vilayət, rayon təşkilatlarımız var. Təqvimə baxsaq, AKP-nin növbəti qurultayı 2018-ci ildə keçirilməlidir. Ancaq vilayət, rayon təşkilatlarının konfranslarını keçirmədən də, növbədənkənar qurultay çağırıla bilər. Əvvəl belə zərurət olub, indi də yarana bilər. Buna partiyanın müvafiq rəhbər orqanları qərar verəcək. Bu çərçivədə ilk addım hörmətli prezidentimizin AKP üzvlüyünə təkrar qəbuludur. Ondan sonra növbəti addımlar nəzərdən keçiriləcək. Bu məsələdə hər hansı tərəddüdümüz yoxdur.
Mən əvvəlki çıxışlarımda “Növbədənkənar qurultay olmayacaq” deməmişəm. Qurultay müddətini, onun nə zaman çağırıla biləcəyini izah etdim. Ancaq o təqvimin hər zaman dəyişməsi mümkündür.

Növbədənkənar seçkiləri zəruri edən bir səbəb yoxdur. Layihələrə, iqtisadiyyata, Türkiyənin inkişafının davamlı olmasına daha çox vaxt ayırmağımız lazımdır”.

Hökumətin tərkibində mümkün dəyişikliklər haqqında sualı cavablandıran Yıldırım bunu inkar etməyib:

“Adlar ətrafında danışmaq, kimin gələcəyini, kimin gedəcəyini söyləmək dostlarımıza münasibətdə doğru davranış olmaz. Amma siz də razılaşarsınız ki, Nazirlər Kabinetində qan yenilənməsi demokratiyanın tələbidir. Bu mənada zərurət yaranarsa, dəyişiklik etmək mümkündür. Bunu da hörmətli prezidentimizlə məsləhətləşib həyata keçirəcəyik. Gələn aylarda bu mövzunu müzakirə edəcəyimizi düşünürəm”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 41
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."