Yazı İçi 468×60

unnamedGənclərin “Tənhalara Dayaq” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərin Qarabağ müharibəsi veteranları və şəhid ailərinin üzvləri ilə görüşlərinin təşkili” layihəsi çərçivəsində növbəti tədbirini “Premier Expo” otelində təşkil edib.

Qeyd edək ki, layihənin başlıca məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin təbliği, vətənə sevgi aşılamaq, onların xalqımızın gələcəyi üçün önəm daşıyan vətənə sədaqət ruhunda tərbiyə olunmalarına yardım göstərməkdir.

Layihə çərçivəsində gənclərin milli vətənpərvərlik ruhunda təlim-tərbiyəsi məqsədi ilə inşa müsabiqəsi keçirilib.
Tədbirdə inşa müsabiqəsində Bakı şəhərinin Binəqədi rayonu üzrə qalib seçilən 30 gəncə diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyəti İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, “Qarabağ Mübaribəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri İlham Qayıbzadə iştirak edib.
“Gənclərin Tənhalara Dayaq İctimai Birliyi”nin sədri Xoşbəxt Seyidova çıxış edərək layihə haqqında məlumat verib. Onun sözlərinə görə, həyata keçirilən layihə vasitəsilə milli qəhrəmanlarımızın və şəhidlərimizin şərəfli döyüş yolu haqqında veriləcək məlumatlar, yeniyetmə və gənclərin vətənə olan sevgilərini daha da gücləndirəcəkdir.

Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova çıxış edərək bildirdi ki, Günümzdə gənclərin milli ruhda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması ən vacib istiqamətərdən biridir. Ümumi götürəndə isə bu hər bir dövlətin diqqət yetirməli olduğu məqamdır. Danılmaz faktdır ki, gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyəsi hər bir dövlət üçün başlıca prioritetdir.

Binəqədi Rayon İcra Hakimiyyəti İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov isə vurğuladı ki, Azərbaycanda da gənclərin milli mənlik şürunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyə olunması istiqamətində lazımı tədbirlər görülür, müvafiq addımlar atılır. İstər bu istiqamətdə qanunvericlik bazasının formalaşdırılması, vaxtı ilə qəbul edilən qanunların təkmilləşdirilməsi, istərsə də gənclər arasında maarifləndirici xarakter daşıyan işlərin görülməsini bu sıraya aid etmək olar.

“Qarabağ Mübaribəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri Qayıbzadə İlham çıxış edərək dedi ki, Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, elinə və obasına hörmət öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 39
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."