!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda yol çökdü - Fotolar

!Reklam – Yazi

Binəqədi-Novxanı avtomobil yolunun 11-ci kilometrində çökmə hadisəsi qeydə alınıb.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, çökmə yolun təqribən 3-4 metr enində olan hissəni əhatə edir. Yolun çökən hissəsinin dərinliyi 5-6 santimetrdir.

Çökməyə səbəb yolun əsaslı şəkildə yenidən qurulmasından öncə aidiyyəti qurum tərəfindən çəkilmiş yeni su borusunun partlamasıdır. Nəticədə su yol yatağını yuyaraq yol əsasının çökməsinə gətirib çıxarıb. Çökmə hadisəsi nəticəsində avtomobil yolunun çiyin hissəsi də tamamilə sıradan çıxıb.

Dərhal əraziyə “ Azəravtoyol” ASC- nin əməkdaşları cəlb olunub və yolun bərpası istiqamətində lazımi tədbirlər həyata keçirilir.

Yenicag.az

www.yenicag.az

877
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv