mingechevir-zeherlenme-3Mingəçevir şəhərində kütləvi zəhərlənmə hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Yaşar Muradov küçəsindəki 27 nömrəli mənzildə qeydə alınıb. Ev sahibi 1974-cü il təvəllüdlü Rüstəmov Tapdıq Səxavət oğlu mağazadan aldığı kolbasanı ailə üzvləri ilə birgə yedikdən sonra qəflətən onların səhhətində problem yaranıb. Kolbasadan zəhərlənən Tapdıq Rüstəmov, həyat yoldaşı 1979-cu il təvəllüdlü Şərifova Könül Tahir qızı, övladları, 2008-ci il təvəllüdlü Rüstəmzadə Əli Tapdıq oğlu və 2010-cu il təvəllüdlü Rüstəmzadə Sima Tapdıq qızı kəskin mədə ağrıları, qızdırma və qusma əlamətləri ilə təcili olaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Ana və atanın vəziyyəti nisbətən yaxşılaşsa da, övladlarının durumu hələ də ağır olaraq qalır. Uşaqlar hazırda xəstəxananın reanimasiya şöbəsində həkim nəzarətindədirlər.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 7
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."