Yazı İçi 468×60

d44fc874506237ab20c3cb3da4617c4bErmənistanda bir ailənin 7 üzvünü qətlə yetirən rusiyalı hərbçi Valeri Permyakov ömürlük həbs cəzası alıb.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, Gümrüdə keçirilən məhkəmədə V. Permyakov irəli sürülən bütün ittihamlar üzrə təqsirkar sayılıb.

Konkret olaraq bura Avetisyan ailəsinin 7 üzvünün qətlə yetirilməsi, quldurluq məqsədi ilə hücum və sərhədi qanunsuz keçmə cəhdi aiddir.

Xatırladaq ki, 2015-ci il yanvarın 12-də Gümrü şəhərində Avetisyanlar ailəsi güllələnib. Cinayəti törətməkdə Gümrüdə yerləşən Rusiyaya məxsus 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov şübhəli bilinib. Rusiya qarnizon məhkəməsi onu fərarilik və silah oğurladığına görə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 10 il müddətinə azadlıqdan məhrum edib. 2015-ci ilin yanvarın 12-də Avetisyanlar ailəsinin 6 üzvünün qətlə yetirilməsi faktı üzrə cinayət işi əlavə icraata ayrılaraq Ermənistan tərəfinə verilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 18
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."