!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir bölük məhv edilib – 50 ermənidən xəbər yoxdur

!Reklam – Yazi

ermeniler qacirrrGecə saatlarından Ermənistan və Azərbaycanın təmas xəttində vəziyyətin gərginləşməsi nəticəsində erməni ordusu işğal altında olan Cəbrayıl rayonunda çoxlu sayda itki verib.

Erməni tərəfinin bütöv bir bölüyü məhv edilib, 50 nəfərin taleyi məlum deyil, tağımın hüquqşünası ölüb.

“Report” xəbər verir ki, bu barədə yerli və Rusiya KİV-lərinə, həmçinin bilavasitə hərbi əməliyyatlar zonasında olan və döyüşlərdə iştirak edən şahidlərə istinadən Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, hərbi hissələrdən birinin əsgərləri hissəni tam olaraq tərk ediblər.
Hadisə şahidlərindən birinin verdiyi xəbərə görə, onların olduğu ərazidə çoxlu sayda vurulmuş maşın və 6 nəfərin meyiti olub. Orada olan bütün giriş yolları intensiv artilleriya atəşinə məruz qalır. Yerli hospitaldan verilən məlumata görə, ora 12 yaralı gətirilib ki, onlardan da 5-nin vəziyyəti ağırdır.

 

www.yenicag.az

577
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv