www.sinerjipro.net

SinerjiProWide
Reklam

6d3af45425bd3ce3eb537bda7921c1c5Rəcəb Tayyib Ərdoğan Çanaqqala döyüşlərinin 100-cü ildönümü ilə bağlı Ermənistan rəhbərliyinə göndərdikləri dəvətə verilən cavabı nəzakətsizlik adlandırıb

Kolumbiyada rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Boqota Externado Universiteti və Ankara Universiteti tərəfindən təşkil edilən “1915: Osmanlı İmperiyasının ən uzun ili” adlı simpoziumda çıxış edib.

R. T. Ərdoğan çıxışında bildirib ki, bu gün dünya siyasətini düzgün izah edə bilmək üçün 1-ci Dünya müharibəsini yaxşı təhlil etmək lazımdır: “İkinci Dünya müharibəsi bəlkə insanlıq tarixinin ən qanlı savaşlarındandır, lakin dünya siyasətinə təsir baxımından Birinci Dünya müharibəsinin gerisindədir. Bu gün bir çox ölkənin sərhədləri 1-ci Dünya müharibəsindən sonra müəyyənləşib. Fələstin məsələsi, İraq, Suriya, Yəmən, Qafqaz və Balkanlardakı problemlər 1-ci Dünya Müharibəsinin nəticəsində ortaya çıxmış və 100 ildir davam edən problemlərdir. Türkiyə, yəni 100 il əvvəlki adı ilə Osmanlı dövləti, 1-ci Dünya müharibəsinin mərkəzindəki ölkələrdən biriydi. Qafqaz və Balkanlar 100 il öncə Osmanlının təsiri altındakı coğrafiya idi”.

Birinci Dünya müharibəsindən sonra Osmanlı dövlətinin cənub və qərb hissəsinin işğal altına düşdüyünü vurğulayan R. T. Ərdoğan bu tarixin tarixçilər tərəfindən yox, böyük güclər tərəfindən yazıldığını söyləyib: “Biz tarixin tarixçilər tərəfindən yazılmasının vacib olduğunu düşünürük. Tarixə 1915-ci il hadisələri kimi düşən hadisələr də böyük güclər tərəfindən yazılan bir tarixdir. 100 il boyunca türklərin ermənilərə və ermənilərin türklərə qarşı etdikləri obyektiv yazılmayıb. Biz bütün arxivləri açmışıq. Araşdırılan tarixi sənədlərin sayı 1 milyondan çoxdur. Ermənistan və üçüncü ölkələr də arxivlərində bu barədə nə varsa, açmalıdır. Tarixçilərə, siyasətşünaslara, hüquqşünaslara həvalə edək, araşdırsınlar, nəticələri siyasətçilərə təqdim etsinlər və bu məsələyə son qoyaq. Tarix parlamentlərdə siyasi qərarlar qəbul edərək və olmayan hadisələrə gerçək kimi baxaraq doğru yazıla bilməz”.

R. T. Ərdoğan 1915-ci il olaylarının 100-cü ildönümü ilə əlaqədar erməni diasporunun Türkiyəyə qarşı kampaniya apardığını söyləyib: “Biz Türkiyə olaraq təbliğat aparmaq və ya hansısa qənaət formalaşdırmaq məqsədi güdmürük. Hər zaman açıq ürəklə, səmimiyyətlə 1915-ci il hadisələrinin doğru şəkildə araşdırılmasını və anladılmasını istəmişik. Ermənistana əl uzadan biz olmuşuq. Yeni bir səhifə açmaq istədik, lakin çox təəssüf ki, əlimiz havada qaldı”.

Çanaqqala döyüşlərinin 100-cü ildönümü ilə bağlı tədbirlərə qatılmaq üçün Ermənistan rəhbərliyinə də dəvət göndərdiklərini xatırladan Türkiyə prezidenti qarşı tərəfdən gələn təklifi nəzakətsizlik adlandırıb: “Biz istədik ki, gəlsinlər, 24 apreldə Çanaqqalada olsunlar, o atmosferi tənəffüs etsinlər. Lakin nəzakət qaydalarını tapdalayan açıqlamalarla bir daha sülhün, dialoqun önünü qapatdılar”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 30
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."